Rayola: “İbrahimoviçlə çox klub maraqlanır”

zlatan
Paylaş:

Zlatan İbrahimoviçin agenti Mino Rayola xəbər verib ki, isveçli hücumçu üçün bir çox klublardan çoxsaylı təkliflər alır. Futbolçunun agenti onun gələn mövsüm də “Old Traford”da qalacağı barəsində verilən suallara isə cavab verməyib.

Rayolanın fikirinə görə “Yunayted”in futbolçusu azı iki mövsüm də ən yüksək səviyyədə çıxış edə bilər, baxmayaraq ki, bu mövsümün sonunu zədəyə görə buraxmalı olmuşdu.

“Çox klub Zlatan haqqında soruşur. O, hələ iki ildən də çox oynaya bilər və 100% Avropada qalacaq” – deyə Rayola bildirib.

35 yaşlı İbrahimoviç Premyer Liqada ilk mövsümündə “Yunayted”in heyətində 28 qol vurub. Lakin onun bir illiyinə nəzərdə tutulmuş müqaviləsi bu yay sona çatacaq və müqavilədəki mümkün bir il artırılma bəndinin həyata keçməsi onun Avropa Liqasında “Anderlext”lə qarşılaşmasında dizindən aldığı zədəsən sonra hələlik sual altındadır.

Nəticədə Zlatan mövsümün qalan oyunlarda iştirak edə bilməmişdi, amma Amerika Birləşmiş Ştatlarındakı əməliyyatı uğurla həyata keçirmişdi və reabilitasiya prosesinə başlamışdı.


Mənbə: Sky Sports

0 comments