ESPN: “Andreas Pereyra öz şansını qazanacaq”

Andreas Pereyra
Paylaş:

ESPN telekanalı öz mənbələrinə istinadən xəbər verir ki, növbəti mövsüm “Mançester Yunayted”in yarımmüdafiəçisi Andreas Pereyra əsas komandada özünü göstərmək üçün şans əldə edəcək.

Brazilya əsilli belçikalı 21 yaşlı futbolçu İspaniya təmsilçisi “Qranada”nın heyətində möhtəşəm mövsüm keçirtdi, ən yaxşı oyunçularından biri oldu, baxmayaraq ki, onun icarə müddətində klub demək olar ki, bütün mövsümü turnir cədvəlinin aşağı pillələrində mübarizə apardı və nəticədə La Liqanı tərk etdi.

İyulun 8-də Pereyra mütləq komanda ilə birlikdə Karriqtona gəlməlidir və gözlənilir ki, yay təlim-məşq toplantısındakı əksər oyunlarda iştirak edəcək və bundan sonra Joze Mourinyo onun komandadakı vəzifəsini müəyyən edəcək.


Mənbə: ESPN

0 comments