Rayola: “İbrahimoviç “Yunayted”də qalmaq istəyir”

Zlatan İbrahimoviç
Paylaş:

Zlatan İbrahimoviçin agenti Mino Rayola bildirib ki, isveçli futbolçu gələn mövsüm də “Mançester Yunayted”də qalmaq istəyir, amma digər klubların da təkliflərini nəzərdən keçirəcək.

35 yaşlı futbolçu növbəti mövsümün əvvəlini dizindəki əmiliyyat səbəbindən buraxmalı olacaq, İbrahimoviçin “Yunayted”lə olan müqaviləsi isə gələn ay bitəcək. Joze Mourinyo isə Zlatanla bağlı suallara cavab verməkdən imtina edir, amma Royala iddia edir ki, onun müştərisi “Old Trafford”da qalmaq istəyir. Əgər yenə də futbolçu klubunu dəyişməli olsa, onda Premyer Liqada qalmağa üstünlük verəcək.

“O, İngiltərədə qalmaq istəyir, ən yüksək səviyyədə çıxış etmək istəyir. Əgər o, görsə ki, “Mançester Yunayted” onu hələ də çox qiymətli bir futbolçu kimi görəcək, onda niyə elə bu klubda qalmasın?”.

“Amma o, digər klublar üçün də xeyirli ola bilər. Mən əvvəlcə bu məsələni “Mançester Yunayted”lə müzakirə etməyi daha doğru addım hesab edirəm, çünki hər iki tərəfin fikirlərini bilməliyəm”.


Mənbə: Independent

0 comments