Sky: “Yunayted” Varanla maraqlanır”

Rafael Varan
Paylaş:

Sky Sports telekanalı öz mənbələrinə istinadən xəbər verir ki, “Mançester Yunayted” Madrid “Real”ın müdafiəçisi Rafael Varanın transferini həyata keçirməkdə maraqlanır.

Joze Mourinyo 2011-ci ildə “Real”da çalışarkən Varan “Santyaqo Bernabeu”ya yeni transfer olunmuşdu və fransız futbolçu ilə iki il ərinzə bir yerdə çalışmışdılar. İndi isə portuqaliyalı öz komandasının müdafiə xəttini gücləndirmək niyyətindədir və onun fikrinə görə Varan yaxşı bir transfer ola bilər.

Xatırladaq ki, 24 yaşlı müdafiəçinin “Real2 ilə müqaviləsi 2020-ci ilə qədər nəzərdə tutulub.


Mənbə: Sky Sports

0 comments