Cons: “Rəqabət hər zaman yaxşıdır”

Fil Cons
Paylaş:

“Mançester Yunayted”in müdafiəçisi Fil Cons Viktor Lindelöfün simasında daha bir mərkəz müdafiəçisinin alınmasına öz fikrini bildirib.

Baxmayaraq ki, isveç futbolçu müdafiənin mərkəzində oynaya bilən altıncı futbolçu oldu, Cons əminliklə bildirir ki, komandnaın güclənməsi normal bir prosesdir, necə ki, komandada əsas heyətdə düşmək üçün rəqabət bu cürdür.

“Biz “Mançester Yunayted”ik, biz hər zaman ən yüksək səviyyədə olan futbolçuları komandaya cəlb edirik. Çox qəribə olardı ki, biz bu yay oxşar futbolçuları komandaya transfer etməsəydik. Rəqabət hər zaman yaxşıdır”.

“Bəli mən məşqçi ilə danışmışam. O, sadəcə məndən özümü necə hiss etdiyimi, işlərimin necə olduğunu soruşdu – məşqçi və futbolçu arasındakı adi danışıq. Joze hər zaman futbolçularla çox mehribanlıqla danışır”.

Xatırladaq ki, bu yaxınlarda ingilis mətbuatında Consun “Yunayted”də əvəzedici funksiyasını daşıyacağı bildirilirdi. Əsas heyətdə isə Bayi və yeni transfer Lindelöfün olacağı yazılırdı.


Mənbə: Sky Sports

0 comments