Rayola: “Zlatan növbəti mövsüm İtaliyada oynaya bilər”

Mino Rayola
Paylaş:

Zlatan İbrahimoviçin agenti Mino Rayola deyib ki, isveçli futbolçu növbəti mövsümü İtaliya A Seriyasında keçirə bilər.

“Sky Italy” kanalına müsahibə verən Rayola etiraf edib ki, Zlatan üçün bir çox klublardan təkliflər alıb:

“İbrahimoviç ilə bir çox klub maraqlanır; Amerika Birləşmiş Ştatlarından (MLS-dən), eləcə də İtaliyadan onun üçün təkliflər var. “Napoli”? Hər şey mümkündür, lakin onun növbəti klubunun “Napoli” olacağını düşünmürəm”.

Qeyd edək ki, 35 yaşlı ulduz ötən mövsüm Avropa Liqası matçı zamanı şanssız bir şəkildə dizindən zədə almışdı və ABŞ-da əməliyyat olunmuşdu. “Mançester Yunayted”ə keçəndən bəri 28 qolla yadda qalan Zlatanın bu yay klubla müqaviləsi bitir və yenidən azad agent statusu daşıyacaq.


Mənbə: Sky Sports

0 comments