FİFA-nın “Yunayted”ə qarşı heç bir iddiası yoxdur

Pol Poqba
Paylaş:

FİFA təsdiqləyib ki, Pol Poqba transferinə görə “Mançester Yunayted”ə qarşı nizam-intizam araşdırması açmayacaq.

Sky Sports telekanalı xəbər verir ki, bu transferdən Mino Rayolanın 41 milyon funt qazanması xəbəri yayılmasından sonra, keçən ay FİFA “Mançester Yunayted” və “Yuventus”dan əlavə məlumatlar istəyib.

Araşdırmaların nəticələrinə əsasən “Mançester Yunayted”ə qarşı heç bir ittiham irəliyə sürülməyəcək, “Yuventus” isə nizam-intizam komitesinin araşdırmaçıları ilə üz-üzə gəlməli olacaq.

FİFA-nın nümayəndəsi deyib: “Biz təsdiqləyə bilərik ki, “Yuventus” klubuna qarşı nizam-intizam araşdırmasına başladığımızı təsdiqləyə bilərik. Hələlik ətraflı məlumat verə bilmətik, çünki araşdırmalar hələ də davam edir. Biz, həmçinin, təsdiqləyə bilərik ki, “Mançester Yunayted2ə qarşı heç bir nizam-intizam araşdırması açmayacayıq”.

Xatırladaq ki, “Mançester Yunayted” lazım olan sənədləri hələ keçən ilin avqust ayında FİFA-ya təqdim etmişdi və Pol Poqba transferi kifayət qədər açıq şəkildə baş tutmuşdu və TMS sistemində qeydiyyatdan keçirilmişdi.


Mənbə: Sky Sports

0 comments