Kerrik: “Karyeram haqqında mövsümün sonunda qərar verəcəm”

Maykl kerrik
Paylaş:

“Mançester Yunayted”in 35 yaşlı yarımmüdafiəçisi Maykl Kerrik deyir ki, futbolçu karyerasını bitirmək barədə yeni mövsümün sonunda düşünüb qərar verəcək.

Sky Sports jurnalistinə verdiyi müsahibədə karyerasını necə planladığı haqqında danışan Maykl deyib:

“Karyeramı bitirmək barədə zənnimdə bəlli bir yaş yoxdur, həqiqətən. İldən ilə bu haqda düşünməliyəm. Ötən il də bunu dedim, ondan əvvəlki il də eyni şeyi demişdim, bu dəfə də elə deyəcəm”.

Komandamızın vitse-kapitanı deyir ki, 30 yaşlarında oynamış olan Klass-96 oyunçuları ona futbolçu karyerasını davam etdirməyə ilham verir:

“Otuzların sonlarına qədər oynayan Giqqs, Skoulz və Qari Nevilldən çox şey öyrənmişəm. Onlara yaxın olduğum üçün çox şanslı olmuş və nələrsə öyrənməyə çalışmışam. Bu, məni Giqqs qədər uzağa apara bilər, amma bundan çox da əmin deyiləm”.

Yeni mövsümdən olan gözləntiləri barədə də danışan əfsanəvi futbolçu deyib:

“Bu il daha çox titul qazanaraq nələrəsə nail olmaq istəyirik. Çempionlar Liqasına vəsiqə əldə etmək üçün Avropa Liqası zəfərinə yetişməyimiz böyük bir yol idi. Bu, növbəti mövsüm də yolumuza davam etməyə stimul verir. “Mançester Yunayted” kimi bir klubun Çempionlar Liqasında olması və o kubok üçün mübarizə aparması gərəkdir. Yüksək səviyyəli turnirdə oynamaq və ən yaxşı komandalarla mübarizə aparmaq istəyirsən”.

Son günlər mediada yayılan Kriştiano Ronaldo xəbərləri barədə soruşduqda, Kerrik belə cavab verib:

“Hər kəs onun necə bir oyunçu olduğunu yaxşı bilir. Mən də onunla birlikdə oynadığım üçün şanslı idim və zövq aldım. Onun “Madrid”dən ayrılması və ya “Yunayted”ə gəlmək istəməsi haqqında bir şey deyə bilmərəm, bu mənim işim deyil. Bunlar hamısı sadəcə şayiələrdir. Yaxın həftələrdə nəyin necə olacağını görəcəyik”.


Mənbə: Sky Sports

0 comments