Errera: “ABŞ turu üçün səbirsizlənirik”

Ander Errera
Paylaş:

Ander Errera deyir ki, 3 il öncə “Yunayted”in matçını izləmək üçün stadiona toplaşan rekord sayda tamaşaçı kütləsi komandanın ABŞ-da nə qədər önəmli olmasının göstəricisidir.

2014-cü ilin avqustunda “Mançester Yunayted” Beynəlxalq Çempionlar Kuboku turnirində Amerika Birləşmiş Ştatlarının “Miçiqan” stadionunda “Real Madrid” ilə qarşılaşmışdı. Həmin oyun stadionda 109.318 tamaşaçı yer almışdı ki, bu da ABŞ futbol tarixində bir oyuna gələn tamaşaçı sayına görə rekord idi. “Qırmızı şeytanlar”ın 3-1 qalib gəldiyi bu yoldaşlıq görüşü zamanı stadiona toplaşan azarkeşlərin əksəriyyəti qırmızı formada idi.

İki nəhəng klub gələn ay yenə ABŞ-da bir yoldaşlıq görüşü çərçivəsində üz-üzə gələcək. Yay tətilinə getməzdən az əvvəl klub saytına verdiyi müsahibədə Errera ABŞ turuna getmək üçün səbirsizləndiyini deyib:

“Mən bir neçə il öncə Amerikada “Real Madrid”ə qarşı oynamağımızı xatırlayıram, təxminən 110 min insanın qarşısında və onların 80 faizi “qırmızılar” idi. Bu, “Yunayted”in orada necə önəmli olduğunu göstərir, buna görə də mən yenidən orada azarkeşlərimiz üçün oynamağa həyəcanlıyam və xoşbəxtəm”.

Komandamız ABŞ turunda “Real Madrid”lə yanaşı, “Barselona”, “Mançester Siti”, “LA Qalaksi” və “Real Solt Leyk” kimi komandalarla da qarşılaşacaq. Bundan əlavə, komanda daha 2 yoldaşlıq görüşü keçirəcək ki, biri Norveçdə “Valerenqa”, digəri isə Dublində “Sampdoria” komandasına qarşı olacaq.

Yeni mövsümə daha yaxşı hazırlaşmaq üçün tur oyunlarının çox faydalı olduğunu qeyd edən Ander Errera deyib:

“Mövsüm öncəsi turu səbirsizliklə gözləyirik və bir neçə böyük adlar. Bilirəm ki, bu oyunlar sadəcə yoldaşlıq görüşləridir, lakin hər kəs oynamağa həvəslidir. Ən önəmli şey mövsümün ilk rəsmi matçlarına tam olaraq hazır olmaqdır, amma buna qədər Amerikaya getmək çox gözəl olacaq”.


Mənbə: manutd.com

0 comments