Lukaku 9 nömrəli formada çıxış edəcək

9 nömrə
Paylaş:

Romelu Lukaku təsdiqləyib ki, “Mançester Yunayted”də 9 nömrəli forma altında çıxış edəcək və bildirib ki, ondan əvvəl bu nömrə ilə meydana çıxan Zlatan İbrahimoviçdən icazə də alıb.

“Mən hər zaman nömrə ilə bağlı mövzularda icazə almışam və əvvəl mən 10 nömrə ilə çıxış edirdim, çünki anamın doğum günü 10 oktyabrda idim və oktyabr da ilin 10-cu ayı idi. Amma “Mançester Yunayted”də xahiş etdim ki, 9 nömrəli forma ilə çıxış edim, çünki mən hücumçuyam, hücumçu isə “doqquz nömrə” mövqeyində oynayır”.

“9 yaxşı rəqəmdir və mən Zlatan İbrahimoviçdən bunun üçün icazə aldım. Fürsətdən istifadə edib, mənə bu nömrə ilə çıxış etməyim üçün icazə verdiyinə görə ona təşəkkürümü bildirmək istəyirəm”.

Xatırladaq ki, İbrahimoviçlə yanaşı “Yunayted”də bu nömrə altında Brayan MakKler, Endi Koul, Luis Saha və Dmitar Berbatov kimi futbolçular da çıxış edib.


Mənbə: ESPN

0 comments