Joze: “LA Qalaksi” ilə oyunda hər kəsə şans verəcəm”

Joze Mourinyo
Paylaş:

Joze Mourinyo sabah ABŞ-da “LA Qalaksi” ilə keçiriləcək yoldaşlıq görüşündə bütün futbolçularına şans verməyi planlaşdırır. MUTV kanalına müsahibə verən Joze bildirib ki, fasiləyə qədər bir, fasilədən sonra, yəni ikinci hissə üçün isə ayrı bir heyətlə meydana çıxacaq.

“Hər 45 dəqiqəyə görə nəzərə alacam. Zədələrdən qorunmaq üçün MakTominey və Mitçelli də gətirmişik, lakin hazırda hər kəs oynamağa hazır vəziyyətdədir. İki fərqli komanda ilə oynamağı planlaşdırıram, məşqlərdə göstərdiyi performanslarına görə hər oyunçuya 45 dəqiqə – tam hazır olmaq üçün onların 9 saatı var və sabah (şənbə) da onların daha 9 saat 45 dəqiqə çalışma zamanı var”.

Oyunçuların məşqlərdəki aktivliyi barədə soruşduqda, Boss deyib: “Onları yaxşı tanıyıram və çalışmaları mənim üçün sürpriz deyil. İndiyədək birlikdə çalışdığım ən yaxşı qruplardan biridirlər. Peşəkar, yaxşı insan və yaxşı dostdurlar. Çalışmağı və birlikdə vaxt keçirməyi xoşlayırlar”.

“İlk 3 gün həqiqətən də çox çətin oldu, çünki tətildən sonra 3 gün boyunca 9 saat yüksək intensivlikdə çalışmaq çətin idi. İndi mübarizəyə başlamaq üçün bir az daha hazır vəziyyətdəyik, çünki bu həm də başqa rəqiblərlə mübarizə məsələsidir. Qarşıdakı iki Amerikan komandası ilə oyunlara hazırıq. O komandalar ki, davamlı olaraq matçlar keçirirlər və onlara qarşı müəyyən bir tempdə oyun oynamaq asan deyil, amma bu, bizim üçün yaxşıdır”.

Mourinyo yeni transferlər – Lukaku və Lindelöf barədə də danışıb: “Onlar burada olmaqdan dolayı, belə bir yaxşı qrupla birlikdə olduqları üçün şanslıdırlar. Buraya uyğunlaşmaq çox asandır. Romelu bir az daha ingilisdir, Lindelöf ingiliscə mükəmməl danışır, bu da müsbət bir şeydir. Onları hətta yeni oğlanlar kimi düşünmürəm, çünki uyğunlaşmaqları çox yaxşı oldu”.


Mənbə: manutd.com

0 comments