Mourinyo: “Transferi həyata keçirmək çox çətindir”

Joze Mourinyo
Paylaş:

Joze Mourinyo deyir ki, “Mançester Yunayted”in transfer pəncərəsi hələ də açıqdır və həmçinin, o, bu çətin transfer dönəmində klubun səylərini dəstəkləyir. ABŞ-da təlim-məşq toplanışları keçirən komandamızın baş məşqçisi dünən keçirilən mətbuat konfransında jurnalistlərin potensial transferlər haqqında sualına belə cavab verib.

“Biz hələ də qapını bağlamamışıq. Hər şey çox çətindir. Ed Vudvordun yerində olmaq istəməzdim, çünki hər şey həqiqətən də çətindir. Bəlkə də biz iki yox, bir oyunçu daha alacağıq. Heyətin həmin balansa ehtiyacı var. Hansısa adlar çəkmək istəmirəm, çünki bunun doğru olduğunu düşünmürəm”.

“Premyer Liqada hər bir klubun keyfiyyəti və almağa pulu var. İnsanlar saxlamaq gücü üzərində çox da dayanmırlar. Düşünürəm ki, transfer bazarı çox qəribədir. Çox yaxşı oyunçular var, lakin alınmaq üçün çox deyillər. Qiymətlər kontekstdən kənardır. Klublar çətinliklə öz oyunçularını satmaq qərarına gəlirlər”.

“Premyer Liqada bir çox klub ən yaxşı oyunçularını satmaqdan imtina edir və bu, fantastikdir, bu, mübarizəni daha da çətinləşdirir. Hər kəs bir rəqibdir, hər matç məğlub olmaq kimi bir risk ilə çətindir. Buna görə də Premyer Liqa ən yaxşı çempionatdır”.


Mənbə: manutd.com

0 comments