Joze: “Lukaku ilə yaxşı münasibətlərimiz var”

DEuEs9RVwAEbZpu_1
Paylaş:

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo yeni transfer Romelu Lukaku barədə danışıb və onunla çox yaxşı münasibətinin olduğunu vurğulayıb.

Əvvəlcə Lukakunun Premyer Liqada qol vurma tarixindən bəhs edən boss etiraf edib ki, onun bu tranfer pəncərəsi üçün nəzərdə tutulmuş siyahısında bir əsas hədəf birinci pillədə idi:

“O, əldə edilməsi çətin bir oyunçu idi. O, Premyer Liqadandır. Açığı, futbolda başqa yaxşı hücumçular var, amma Premyer Liqa çox xüsusi bir mühitdir. Hücumçular üçün çətin bir mühit və normalda onların uyğunlaşmaq üçün bir az vaxta ehtiyacları olur, lakin Lukaku 5 mövsümdür ki, Premyer Liqada oynayır”.

“O, indi karyerasının düzgün bir vaxtında fərqli öhdəlikləri olan bir kluba gəlir. O, hələ gənc oyunçudur, lakin onun Premyer Liqa və Belçika yığma komandasında təcrübəsi var. O, Çempionlar Liqasına gedəcək, hansı ki, bu da əsas motivasiya idi”.

“Romelu oyun quruculuğunda çox da iştirak edən bir oyunçu deyil. O, normalda son üçlükdə oynayır. Ötən mövsüm bizə qarşı oyunlarda müdafiə və yarımmüdafiəçiləri ilə qapanan, boşluqları bağlayan komandalar oldu”.

“Bizim bir hədəf adama ehtiyacımız var idi, hansı ki, bunlar Marsial və ya Reşford deyil. Bizim yaxşı seçimlərimiz var, yaxşı oyunçularımız, lakin bir hədəf oyunçusu – əsl nömrə 9, elə biri ki, rəqib cərimə meydançasında rahat oynasın. Bunun da Romelu olduğunu düşündük”.

Mourinyo əvvəllər “Çelsi”də olarkən də Lukaku ilə çalışmışdı və sonralar onun “Everton”a keçməsinə icazə vermişdi. İndi onlar “Yunayted”də yenidən bir araya gəlirlər və Joze deyir ki, Lukaku ilə arasında çox yaxşı münasibət var, hərçənd ki, transfer zamanı heç bir danışıqda iştirak etməyib:

“Mən heç nə eləmədim. Söhbət aparmadım. Romelu ilə danışan cənab Vudvord oldu, onun agenti və “Everton” rəhbərliyi. Hər şey cənab Vudvord tərəfindən edildi. Yalnız keçid yekunlaşdıqdan sonra ona zəng edərək mənim komandamda önəmli bir oyunçu olacağını dedim”.

“Bu, tamamilə böyük bir təcrübədir, faktdır ki, biz bir neçə ay öncə “Çelsi”də olarkən birlikdə çalışmışıq. Mən “Yunayted”də olarkən o, “Everton”da idi və bizim münasibətimiz çox yaxın idi, baxmayaraq ki, biz birlikdə olarkən bu münasibət elə də yaxşı deyildi. Münasibət yaxşıdır, o, alicənabdır, biz hər zaman yaxşı bir təəssürat saxlamışıq və indi fərqli bir vəziyyətdə birlikdəyik”.

“Məşqlərə başladığımız gün ona və Lindelöfə bu qrupla çalışdıqları üçün çox şanslı olduqlarını dedim, peşəkar cəhətdən layiq olmadıqlarına görə yox, “Everton” və “Benfika”da çox yaxşı işlər gördükləri üçün. Amma qrup da çox xüsusidir və klubu dəyişərək yeni bir fantastik qrupla birlikdə olmaq bir oyunçu üçün möhtəşəm şeydir. Onların uzun müddət burada olacağını hiss edirəm”.


Mənbə: manutd.com

0 comments