Joze: “Taktikanı dəyişməyə hazırlaşırıq”

Joze Mourinyo
Paylaş:

“Real Solt-Leyk” ilə qarşılaşmadan əvvəl Joze Mourinyo deyib ki, təlim-məşq toplantısı zamanı keçiriləcək ikinci oyunda taktiki dəyişiliklər edəcək. Komanda əsasən dördlü müdafiə ilə oynayacaq, daha ilk oyunda olduğu kimi üçlü müdafiə ilə yox.

“Biz “Qalaksi” ilə oyunun eynisini bu oyunda təkrarlamaq istəmirik, ona görə də mövqeləri, taktikanı və oyunun içindəki təşkilatçılığı dəyişəcəyik. Biz dörd müdafiəçi ilə oynamağa hazırlaşırıq”.

“Biz eyni prinsiplə oynayacayıq – iki komanda 45 dəqiqə oynayacaq və mümkün qədər 5-10 dəqiqə gənc oyunçulara şans verəcəyik – bu onlara hər zaman xeyirlidir”.

Xatırladaq ki, “Real Solt-Leyk” ilə qarşılaşma bazar ertəsi günündən ikinci günə keçən gecə Bakı vaxtı ilə səhər saat 06:00-da başlayacaq.


Mənbə: manutd.com

0 comments