Pereyra: “Daha icarəyə getməyəcəm”

Andreas Pereyra
Paylaş:

Andreas Pereyra deyib ki, daha icarəyə getmək istəmir və Joze Mourinyonun komandasında əsas heyət üçün mübarizə aparmağa hazırdır.

Pereyra keçən mövsüm icarə əsasında çıxış etdiyi İspaniyanın “Qranada” klubunda özünü yaxşı tərəfdən göstərdi, hazırkı təlim-məşq toplantısını çox parlaq keçirir və ümid edir ki, onun inkişafı baş məşqçinin nəzərindən çıxmayacaq.

“Növbəti icarə variantını bəzərdən keçirirəmmi? Xeyr, indi mən tam olaraq “Mançester Yunayted”ə köklənmişəm. Mən kluba qayıtmışam və burada qalmaq istəyirəm. Ümid edirəm ki, elə belə də olacaq”.

“Joze əla məşqçidir və özü bunu bilir. O bilir ki, işləri necə görmək lazımdır, bilir ki, oyunçularla necə münasibət qurmaq olar, bilir ki, komandanı necə mobilləşdirmək olar. O, hər zaman nəticə qazanır və hər zaman kubok əldə edir. Əgər siz ən yaxşı baş məşqçi olmaq istəyirsizsə, kuboklar qazanmalısız və bu Jozedə var”.

“Mən keçən mövsüm komanda üçün şad idim, hər oyuna baxırdım. Çempionatın son oyununda isə hətta xüsusi olaraq Mançesterə də gəlmişdim. Çox yaxşıdır ki, “Yunayted” kuboklar qazanır. Ümid edirəm ki, biz artıra bilərik və yenə də birdən çox kubok qazanaq”.


Mənbə: Sky Sports

0 comments