Valverde: “Yunayted” bu mövsüm ÇL-nı qazana bilər”

Ernesto Valverde
Paylaş:

“Barselona”nın baş məşqçisi Ernesto Valverde Joze Mourinyonun komandasına təriflər yağdırıb və deyib ki, Çempionlar Liqasında “Mançester Yunayted” ilə qarşılaşmaq istəməzdi.

“Mançester Yunayted” Avropa Liqasını qazandı və bu mövsüm Çempionlar Liqasında iştirak edəcək. Onların bu turnirdə olması onu daha da möhtəşəm edəcək. Bu komandanın özü də möhtəşəm görsənir”.

“Mən düşünürəm ki, onları həm Premyer Liqada, həm də Çempionlar Liqasından kənarlaşdırmaq çətin olacaq və mənə görə onlar qələbəyə əsas namizədlərdən biridir. Mən onlarla Çempionlar Liqasında qarşılaşmaq istəməzdim”.

“Bu oyuna gəldikdə isə, mən komandadan razıyam və razıyam ki, belə bir kluba – “Mançester Yunayted”ə qalib gəldik. İlk hissədə hər iki komanda yüksək ritmlə futbol oynayırdı və hər iki klub qol vurmağa yaxın idilər. Yoldaşlıq görüşü olmasına baxmayaraq, hər iki klub qələbə qazanmaq istəyirdi”.


Mənbə: Sky Sports

0 comments