Boss: “Bütün komanda qol vurmağa can atmalıdır”

joze mourinyo
Paylaş:

Komandanın qol problemləri barədə danışan Joze Mourinyo yeni mövsümdə oyunçularını daha çox qol vurmağa səsləyir.

Ötən mövsüm Premyer Liqada komandamızın ən çox qol vuran oyunçusu Zlatan İbrahimoviç olmuşdu. İsveçli geridə qalan mövsümü 17 qolla tamamlamışdısa, digər oyunçulardan heç birinin vurduğu qolların sayı ikirəqəmli ədəd deyildi. Belə ki, Zlatandan sonra ən çox qol vuran oyunçu Xuan Mata idi ki, ispaniyalı pleymeyker bu göstəricidə sadəcə 6 qolla 2-ci pillədə yer alırdı.

Premyer Liqada yeni mövsümün ilk matçı olan “Vest Hem” ilə oyun öncəsi keçirilən mətbuat konfransında komandasının qolçuluq üstünlüyünün təkmilləşməli olduğunu etiraf edən Mourinyo bu baxımdan keçmiş komandalarını “Yunayted”lə müqayisə edib:

“Əgər “Real Madrid”dən danışsam, elə bir liqadır ki, orada top komandalar digərləri üzərində böyük üstünlüyə malikdirlər. Yəni nəticələr 3-0, 4-0, 5-0, 5-1 kimi olur və top komandalar asanlıqla qələbə qazanırlar. Həmin mövsüm biz 126 qol vurmuşduq”.

“Əvvəl işlədiyim klublarda hücumçular da fərqlənirdilər, yarımmüdafiəçilər də, vingerlər də, mərkəz müdafiəçiləri hava mübarizələrində yaxşı idi, standart vəziyyətlərdən yararlanırdıq. Biz həmişə bunu etmişik. Mənim komandalarımda hər zaman qolçular olub – daha çox qol vuran oğlan – amma ondan savayı bizim vinger də 15 qol vururdu, yarımmüdafiə oyunçumuz 10 qol vururdu və mərkəz müdafiəçilərimiz də 5 qol vurmağı bacarırdılar”.

“Və ötən mövsüm bu alınmadı. Hücumçumuzun qol vurması üzərinə çox yükləndik və o da qol vura bilməyəndə matçları qazanmaqda sıxıntılarımız oldu”.


Mənbə: manutd.com

0 comments