ESPN: “Pereyra “Valensiya”ya getmək istəmir”

Andreas Pereyra
Paylaş:

ESPN telekanalı öz mənbələrinə istinadən xəbər verir ki, “Mançester Yunayted”in yarımmüdafiəçisi İspaniyaya qayıtmaq istəmir, baxmayaraq ki, “Valensiya”ın futbolçuya ciddi marağı var.

Pereyra komandanın yay təlim-məşq toplantısında iştirak etdi və əsas heyətdə 15 nömrəli formaya sahib çıxıb, lakin Premyer Liqanın ilk iki turunda heç ehtiyat oyunçular skamyasında belə görsənməmişdi. Buna baxmayaraq, Joze Mourinyo gənc futbolçunu buraxmaq istəmir və yığma komandaların fasiləsindən sonra ona Liqa Kubokunda və Çempionlar Liqası matçlarında şans vermək istəyir.

Xəbər verilir ki, Joze Premyer Liqanın ilk iki oyununda meydana çıxa bilməyən futbolçuları sakitləşdirib və bildirib ki, bu mövsüm hər bir futbolçu lazımı qədər oyun praktikası əldə edəcəklər.

Klub həmçinin, 21 yaşlı yarımmüdafiəçinin müqaviləsi haqqında da fikirləşməlidir, belə ki, Pereyranın hazırkı müqaviləsinin bitməsinə bir il qalıb və əlavə olaraq müqavilədəki avtomatik bir il artırılma bəndi də var.


Mənbə: ESPN

0 comments