“Yunayted” – “Lester”: oyun öncəsi mətbuat konfransı

Joze Mourinyo
Paylaş:

Joze Mourinyo sabah Premyer Liqada baş tutacaq “Mançester Yunayted” – “Lester Siti” ilə oyunundan əvvəl jurnalistlər üçün təşkil olunmuş mətbuat konfransında iştirak edib.

“Lester” haqqında

“Mən fikirləşirəm ki, onlar elə iki il əvvəlki komandadır. Onlar yenə çempion ola biləcəklərmi? Düzünü desəm, mən belə fikirləşmirəm, çünki bu yarışda çox komanda iştirak edir və mən fikirləşmirəm ki, onların hamısı bu mövsüm zəif olacaqlar. Amma onların keyfiyyətli oyun planına gəldikdə isə fikirləşirəm ki, onların əvvəlki kimi komandası var və onlar elə əvvəlki kimi oynayırlar”.

Oyun haqqında

“Lester”in “Arsenal”la oyunu onların məğlubiyyəti ilə yekunlaşdı, amma qələbəsi ilə də bitə bilərdi. Evlərində inamlı qələbə (son turda “Brayton” ilə qarşılaşma) qazandılar, həftənin ortasında (Liqa Kubokunda “Şeffild Yunayted”) onlar bütün komandanı dəyişmişdilər və bu oyunda həmin futbolçularla asan qələbə qazandılar, hansı ki, həmin oyunçulardan bəziləri heç bəlkə sabah bizimlə oyunda heç ehtiyat oyunçular skamyasında əyləşə bilməyəcəklər. Ona görə də mən fikirləşirəm ki, onlar öz əvvəlki normal səviyyələrinə qayıda biliblər, onların normal səviyyəsi onu deməyə imkan verir ki, bizi sabah çətin oyun gözləyəcək”.

Mxitaryanın uğurlu başlanıcı haqqında

“Fikirləşirəm ki, Henrik məni başa düşür və açığı, mən də onu başa düşürəm, çünki mövsümün əvvəlində o məni yaxşı başa düşsəydi, daha çox oynayardı. O cümlədən, mən də onu yaxşı başa düşsəydim, daha əvvəl ona kömək edərdim. Amma birlikdə işləməyimiz və bir-birimizi başa düşmək üçün çox vaxt lazım oldu. Keçən mövsümün ikinci yarısını o, yaxşı keçirtdi və mən əminəm ki, o, bu istedadla yeni mövsümdə daha yaxşı oynayacaq”.

Marsial haqqında

“Əgər sənin istedadın varsa, onu boşuna xərcləmək olmaz. Əgər sənin istedadın varsa, onu mütləq artırmalısan. İstedadın az hissəsi ilə kifayətlənmək olmaz. Mən ondan daha çox şey gözləyirəm, çünki onun uğur qazanması üçün hər şeyi var. Fikirləşirəm ki, o məni indi daha yaxşı başa düşür və bizim aramızdakı münasibət çox yaxşıdır. Mən gözləyirəm ki, o, bu mövsümü keçən ilkindən daha yaxşı keçirəcək”.

Çempionlar Liqası püşkü haqqında

“Mənim fikrimə görə, bu çox təhlükəli qrupdur. Əgər “Yunayted”in başına gələnləri xatırlasaq görə bilərik ki, klub “Bazel”ə məğlub olmuşdu, “Benfika”nı iki oyunun nəticəsinə görə məğlub edə bilməmşdi, ÇSKA ilə son oyunda hesab 0-0 ya 1-0 olmuşdu. Mən bu üç klubu tanıyıram, Çempionlar Liqasında heç vaxt “Benfika”ya qarşı oynamamışam, amma əlbəttə ki, bu klubu tanıyıram. Bir neçə dəfə ÇSKA və “Bazel”ə qarşı oynamışam. Bilirəm ki, bizə asan olmayacaq”.


Mənbə: manutd.com

0 comments