“Yunayted” – “Lester”: oyun sonrası mətbuat konfransı

Joze Mourinyo
Paylaş:

Joze Mourinyo “Lester” ilə qarşılaşmada oyuna sonradan daxil olan Markus Reşford və Maruan Fellayninin qolları sayəsində qazanılan qələbədən və mövsümün başlanğıcına uğurla başlamasına görə çox razı qalmışdı. Bunu Bossun BT Sport və MUTV kanallarına verdiyi müsahibədən də hiss eləmək olardı.

FUTBOLÇULARIN POZİTİV ƏHVAL-RUHİYYƏSİ HAQQINDA

“Fikirləşirəm ki, biz yaxşı oynadıq. Hesab 0:0 olanda nəticə aydın deyildi. “Mavi divar” çox yaxşı təşkil olunmuşdu və buna görə mən onları alqışlayıram. Onlar çox yaxşı müdafiə olunurdular. Mütləq deməliyəm ki, qoldan sonra biz çox yaxşı görsənirdik. Əgər mən komandanın oyununu ifadə etmək üçün bir söz seçməliyəmsə, mən qətiyyətli deyərdim. Bütün futbolçular çox yaxşı motivasiya olunmuşdu. Ehtiyatda oturan hər bir futbolçu öz şansını gözləyir”.

ƏVƏZETMƏLƏR ÖZ SÖZÜNÜ DEDİ

“Mən onlara görə şadam – onların hamısı çox çalışırki, əsas heyətə düşə bilsinlər. Ehtiyatda oturanlar meydanda oynamaq üçün bir dəqiqə əldə edirlər və onlar bu oyunda mümkün olan hər şeyi etmək istəyirlər. Mən Ander Erreranın ehtiyatda özünü necə aparmasını gördüm – o qışqırırdı, nəsə deyirdi, komanda yoldaşlarına kömək edirdi, baxmayaraq ki, heç meydanda da deyildi. Bizim belə bir oyunçularımız var, bizim komandamız var”.

SƏBR ÖZ NƏTİCƏSİNİ VERDİ

“Bu keçən mövsüm baş vermiş günlərdən ola bilərdi, hansı ki, məsələn, “Borntmut” ilə oyunda penaltini vura bilmədik və ondan sonra bizim emosional səviyyədə problemlərimiz oldu, bu dəfə də biz penaltidən yararlana bilmədik, amma belə bir problem də olmadı. Biz sakitcə oynamağa başladıq, daha sonra mən əvəzetmələr etdim ki, hücumda sürəti artırım və Markus Reşfordu döyüşə atdım, hansı ki, öz oyun keyfiyyətinə görə Xuan Matadan fərqlənir və biz qol vurduq. Sonra Henrik Mxitaryanı meydandan çıxartdım, hansı ki, onun sarı vərəqəsi var idi və onu Maruan Fellayni ilə əvəzlədim ki, öz cərimə zonamızda hava mübarizələrinə nəzarət edək. Mənim variantlarım çoxdur. Oyunçulıar mənə verdiyim tapşırığa görə mənə cavab verirlər və mən həqiqətən də mövsümün ilk ayından razıyam”.

FƏRQ USTALIQ SƏVİYYƏSİNDƏDİR

“Fərq bizim keyfiyyətli futbolumuzdadır, biz çox yaxşı oynayırıq və əgər biz bu oyunu uda bilməsəydik, yenə də heç kimi günahlandırmayacaqdıq. Komanda çox yaxşı oynayır və mən özümü çox inamlı hiss edirəm. Biz topa yaxşı nəzarət edirik və əks-hücumlarda təhlükəliyik. Amma 3 oyunda 9 xal bizim üçün heç bir məna kəsb etmir, çünki biz eynən keçən mövsüm də belə başlamışdıq”.

ZLATANIN QAYIDIŞI

“O, yanvarda qayıdacaq. Transfer pəncərəsi açılacaq, digərləri pullar xərcləyəcəklər, biz isə bunu etmiyəcəyik. Amma biz keçən mövsüm bizim əsas oyunçumuz olan futbolçuya qovuşacayıq. O gələcək və mövsümün ikinci yarısında öz ustalıq səviyyəsini komandaya qatacaq”.

MÖVSÜMƏ ƏLA BAŞLANĞIC

“Yox, biz yəqin ki, bundan yaxşısını gözləyə bilməzdik, amma təkrar edirəm ki, keçən mövsüm də eynən bu cür olmuşdu. Yeganə fərq ondadır ki, keçən mövsüm nəticələr var idi, amma gözəl oyun yox idi. Amma indi düşünürəm ki, biz üç gözəl qələbə qazandıq və üç dəfə qətiyyətli və kompakt oyun göstərdik”.


Mənbə: manutd.com

0 comments