Andreas Pereyra “Yunayted” ilə müqaviləsini uzatdı

Andreas Pereyra
Paylaş:

“Mançester Yunayted” böyük sevinc hissi ilə xəbər verir ki, Andreas Pereyra klubla müqaviləsini yenilədi, hansı ki, onu mümkün bir il də artırılmaq bəndi ilə 2019-cu ilin iyul ayına qədər “Old Trafford”da saxlayacaq.

21 yaşlı Pereyra 16 yaşından “Yunayted”də çıxış edir və klubunbütün yaş komandalarında çıxış edərək əsas komandaya qədər yüksəlməyi bacarıb. Bu mövsümü gənc futbolçu İspaniyada “Valensiya”nın heyətində icarə əsasında keçirəcək.

Joze Mourinyo müqavilədən sonra bunları deyib: “Andreas artıq çox yaxşı futbolçudur. O, anadangəlmə istedada sahib olan gənc bir futbolçudur və öz karyerasının inkişafına çox məsuliyyətlə yanaşır. Mən şübhə etmirəm ki, o, bu klubun gələcəkdə dahi futbolçularından biri ola biləcək potensiala sahibdir”.

Andreas Pereyra: “Mən şadam ki, bu əla klubla müqaviləmi artırdım. Baş məşqçi burada möhtəşəm komanda yaradır və mən də mümkün qədər tez bir zamanda buna qoşulmaq istəyirəm. Mən bu mövsüm “Valensiya”da meydanda daha çox vaxt keçirmək ümidi ilə öz inkişafıma davam edəcəm. Mən baş məşqçiyə köməyinə görə və rəhbərliyin mənə olan dəstəyinə görə minnətdarlığımı bildirmək istəyirəm”.


Mənbə: manutd.com

0 comments