Transfer pəncərəsi PL başlayana qədər bağlanacaq

premyer liqa
Paylaş:

“Mançester Yunayted”in və digər 19 Premyer Liqa klubunun nümayəndələri səsvermədə iştirak ediblər, hansı ki, nəticə olaraq yay transfer pəncərəsinin İngiltərə çempionatının başlanmasına qədər sona çatması qərarı qəbul olunub.

2018-ci ilin yay transfer pəncərəsi 9 avqustda, Premyer Liqanın ilk oyunundan əvvəl bağlanacaq. Bu məhdudiyyət yalnız oyunçuların alınması üçün nəzərdə tutulub, Premyer Liqa klubları futbolçularını transfer pəncərəsi açıq olan digər ölkələrə sata bilərlər. Qış transfer pəncərəsinin qrafiki isə dəyişilməz olaraq qalacaq.

Xəbər verilir ki, bu qərar Premyer Liqa klubları tərəfindən yekdilliklə qəbul edilməyib, amma bu qərarın qəbul olunması üçün əksər klublar səs veriblər.


Mənbə: Manchester Evening News

0 comments