“Yunayted” De Hea ilə danışıqlara başlayacaq

David De Hea
Paylaş:

The Independent xəbər verir ki, yaxın bir neçə həftə ərzində “Mançester Yunayted” David De Heanın yeni müqaviləsi ilə bağlı danışıqlara başlayacaq və klubda əmindirlər ki, “Real Madrid”in maraq dairəsində olmasına baxmayaraq, 26 yaşlı qapıçı yeni razılaşmaya razılıq verəcək.

De Heanın hazırkı müqaviləsinin müddəti 2019-cu ildə bitəcək və gözlənilir ki, gələn yay Madrid təmsilçisi ispan qapıçını əldə etmək üçün daha bir dəfə cəhd edəcək, hansı ki, hazırkı müqaviləsinin bitməsinə bir il qalacaq. Lakin “Mançester Yunayted” bu vəziyyətə görə özünü sığortalamaq istəyir və yay transfer pəncərəsi açılana qədər yeni müqavilə bağlamaq niyyətindədir.

Joze Mourinyo istəyir ki, müqavilıə yeni ilə qədər bağlansın və klub rəhbərliyi bu məsələdə məşqçini dəstəkləyir. Həmçinin, xəbər verilir ki, De Hea özünü “Yunayted”də xoşbəxt hiss edir və danışıqlara başlamağa hazırdır.


Mənbə: The Independent

0 comments