“Liverpul” – “Yunayted”: oyun öncəsi mətbuat konfransı

Joze Mourinyo
Paylaş:

Joze Mourinyo “Liverpul”la oyundan öncə təşkil olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

KOMANDA HAQQINDA

Mourinyo mətbuat konfransında təsdiqləyib ki, Maykl Kerrik oynaya bilməyəcək, ancaq komandanın ən yaxşı bombardiri Romelu Lukaku oynamağa hazırdır: “Mən bilirəm ki, Kerrik oynaya bilməyəcək, amma Lukaku yaxşı görsənir”.

Qeyd edək ki, portuqaliyalı mütəxəssis digər zədəlilər barədə heç bir açıqlama verməyib.

“LİVERPUL” İLƏ MATÇ SIRADAN BİR OYUNDUR

“Ənənələri və azarkeşlər arasındakı emosiyanı başa düşürəm, ancaq mən bu oyuna peşəkar şəkildə yanaşıram. Mövsümün əvvəlindən oyunçularıma dediyim kimi mənim üçün hər görüş önəmlidir. Hər xal mühimdir, asan qarşılaşma yoxdur, heç bir mübarizəyə digərindən daha diqqətli və qayğılı hazırlaşmayacaqsız”.

ÖTƏN İLDƏN DAHA YAXŞI FORMADAYIQ

“Turnir cədvəlində ötən ilə nisbətən yüksək mövqedəyik. Daha yaxşı oynayırıq və gözəl nəticələr olanda özünəinam hissi get-gedə yüksəlir. Bu bizim üçün və eləcə də onlar üçün çox çətin bir oyun olacaq”.

TAKTİKİ DƏYİŞİKLİK

“Bir müdafiəçi və bir hücumçu ilə oynayacam. Nominal oyunçunu geridə qoyub yeni sistemə keçəcəm və 9 nəfərlə hücum edəcəm (gülür). Buna görə narahat olmayın”.

BÖYÜK QƏLƏBƏ İSTƏYİ

“Qalib gəlmək istəyirik, ancaq elə komanda ilə oynayırıq ki, onlar da öz növbələrində bunu istəyirlər. Evdə oynayırlar. Böyük komandalara qarşı necə yaxşı mübarizə apardıqlarını və bizim üçün çətin olacağını bilirik. Həmişə etdiyimiz kimi yenə də, zədəliləri unudub oyuna köklənməliyik. Fikrimizi əlimizdə olan gücümüzə, güclü xarakterimizə və qələbə istəyinə yönəltmişik”.


Mənbə: manutd.com

0 comments