Premyer Liqa aylıq mükafatları təqdim edib

valensiya
Paylaş:

İngiltərə Premyer Liqası sentyabrın nəticələrinə əsasən, aylıq mükafatları sahiblərinə təqdim edib.

Antonio Valensiyanın “Everton”un qapısından effektiv zərbə ilə keçirtdiyi qol sentyabr ayının ən yaxşısı seçilib.

Amma Premyer Liqaya liderlik edən komandanın baş məşqçisi və ən yaxşı bombardiri növbəti dəfə çemponatın rəhbərliyi tərəfindən titulsuz qaldı, baxmayaraq ki, ardıcıl ikinci ayda da həm Joze Mourinyo, həm də Romelu Lukaku namizədlər sırasına düşür.

Avqust ayının nəticələrinə görə “Haddersfild”in baş məşqçisi David Vaqner ən yaxşı baş məşqçi, “Liverpul”un futbolçusu Sadio Mane isə ən yaxşı oyunçusu seçilmişdisə, bu dəfə analoji mükafatlara Xosep Qvardiola və Harri Keyn sahib çıxıb.

Antonio Valensiya


Mənbə: Premier League

0 comments