“Liverpul” – “Yunayted”: oyun sonrası mətbuat konfransı

Joze Mourinyo
Paylaş:

“Liverpul” ilə qarşılaşmadan sonra Joze Mourinyo jurnalistlərin suallarını cavablandırıb və bildirib ki, “Enfild”də qazanılan bir xal onun komandası üçün yaxşı nəticədir.

ÜMUMİ OYUN HAQQINDA TƏƏSSÜRATLARI

“İlk hissədə biz topa sahib idik və daha sıx şəkildə oynayırdıq. İkinci hissədə bizim zərbələrimiz az oldu. Biz 90 dəqiqə ərzində Emre Canın, Corcino Viynaldumun və Cordan Hendersonun simasında güclü yarımmüdafiə ilə qarşılaşdıq. İkinci hissədə mənim heyətimdə elə oyunçu yox idi ki, oyunun gedişatını dəyişə bilim. Fikirləşirəm ki, onlar bizim əks-hücumlıarımızdan qorxurdular. Mən rəqibi təəccübləndirmək niyyəti ilə əvəzetmələrlə hücumu gücləndirməyə cəhd etdim, amma onlar yarımmüdafiədə çox sıx oynayırdılar. Mən gözləyirdim ki, Yurgen Klopp əvəzetmələrlə oyunu sındırmağa cəhd edəcək, amma bunu etmədi”.

EHTİYATDAKI MƏHDUD SEÇİM HAQQINDA

“Rəqib bu gün yaxşı oynadı, amma biz də öz oynumuzu göstərdik. İlk hissədə bizim bir neçə şansımız oldu. İkinci hissə Matiçin bir şansı oldu, amma mənim ehtiyat skamyamda məhdud sayda oyunçu var idi. Mən hücumu gücləndirmək niyyəti ilə əvəzetmələr etdim, amma nəticədə biz gücümüzü, enerjimizi və yarımmüdafiəyə nəzarətimizi itirdik”.

KOMANDALARIN OYUNA YANAŞMASI

“Mənə görə Klopp yaxşı idi. O, oyunun sınmasına icazə vermədi. Fikirləşirəm ki, Linqard və Reşford bu sınma anını gözləyirdi. Onların müdafiəsi bu gün yaxşı oynadı, onlar aktiv şəkildə təzyiq edirdilər. Mənim yalnız bir variantım var idi ki, əvəzetmədən sürətli futbolçuları meydana buraxım. Gözləyirdim ki, bundan sonra “Liverpul” sxemi dəyişəcək, amma onlar bunu etmədilər. İKinci hissə şahmata bənzədi, amma rəqib mənim üçün qapını açmadı və qələbə qazanmağa icazə vermədi”.

TAKTİKA HAQQINDA

“Biz üç xal üçün gəlmişdik, amma ikinci hissədə oyunun gedişatından başa düşdük ki, bunu əldə etmək çox çətin olacaq. Mən gözləyirdim ki, Yurgen daha çox hücumameyilli futbolçular meydana buraxacaq, amma güclü üçlü yarımmüdafiəni meydanda saxladı. Mənim yalnız Errera və Matiçim var idi. Linqard və Reşfordu meydana buraxanda, Kloppdan cavab addımı gözləyirdim, amma heç nəyi dəyişmədi, ona görə də onların yarımmüdafiəsi bu gün bizdəkindən güclü idi. Belə onlardan mən gözləyirdim ki, mənim komandam nəsə etməyə cəhd edəcək, amma mən heç cürə oyuna müdaxilə edə bilmirdim, çünki ehtiyatda mənim yarımmüdafiəçim yox idi. İkinci hissədə şahmat partiyası oynanıldı”.


Mənbə: manutd.com

0 comments