Nevill: “Tottenhem” ilə qarşılaşma bir şansdır”

Qari Nevill
Paylaş:

“Mançester Yunayted”in keçmiş kapitanı Qari Nevill hesab edir ki, Joze Mourinyonun komandası üçün qarşıdakı “Tottenhem” matçı “Haddersfild”dən alınan məğlubiyyətinin əvəzini çıxması üçün əla şansdir.

“Bu “Yunayted” üçün pis məğlubiyyət idi. Təkcə onu deyə bilərəm ki, “Tottenhem”lə qarşılaşma çox böyük məna kəsb edir. “Yunayted”in xoş olmayan düşüşündən sonra yenidən yerini möhkəmlətdirmək üçün şansı yaranıb”.

“Onu da deyə bilərəm ki, son 2-3 ildə Poçettino ən pis oyununu keçən mövsüm məhz “Old Trafford”da keçirib, ona görə də çox maraqlıdır ki, bu dəfə vəziyyət necə olacaq. Əgər “Tottenhem” “Liverpul”aqarşı oynadığı kimi çıxış etsə, onda “Yunayted” qələbə qazanmaq üçün özünün ən yaxşı oyununu keçirtməlidir”.


Mənbə: Manchester Evening News

0 comments