Pereyra: “İndi “Yunayted”ə qayıtmaq mənə çətin olar”

Andreas Pereyra
Paylaş:

“Valensiya”da icarə əsasında çıxış edən Andreas Pereyra hesab edir ki, mövsümün yarısında “Mançester Yunayted”ə qayıtmaq onun üçün çətin olar.

21 yaşlı futbolçu İngiltərədə transfer pəncərəsi bağlanandan bir gün sonra “Yunayted”i tərk etdi və İspaniyaya qayıdıb, hansı ki, keçən mövsüm “Qranada”da çıxış edirdi. Mourinyo Pereyranın verdiyi qərara şübhə ilə yanaşmışdı, amma xəbər vermişdi ki, “Yunayted”in onu mövsümün ortasında geri qaytarmaq imkanı var.

Pereyra bu mövsüm La Liqada üç dəfə start heyətdə, dörd dəfə isə ehtiyatdan meydana çıxıb və etiraf edib ki, mövsümün sonuna qədər “Valensiya”da qalmaq istərdi.

“Mən müqavilə bağlayanda bilirdim ki, orada belə bir bənd var. Amma indi sakitçilikdir, mən “Valensiya”ya köklənmişəm Mançesterdən mənə heç kim zəng etməyib”.

“Əgər onlar mənim gəlməyimi istəsələr, zəng edəcəklər. Mən bütün mövsümü burada qalmaq istərdim, çünki hazırda yaxşı formadayam və özümü çox gözəl hiss edirəm, amma qayıtsam, bu mənim üçün çətin olacaq”.

Mourinyo bildirmişdi ki, brazilyalı futbolçu “Yunayted”i əsas komandada mübarizəyə “hazır olmadığı üçün” tərk etmişdi və Pereyra etiraf edir ki, məşqçinin reaksiyasını yaxşı başa düşüb.

“Mən buna neqativ nəzər nöqtəsindən də baxa bilərdim və fikirləşərdim ki, o mənə hirslənib. Amma o, hər zaman mənə yaxşı münasibət göstərib və biz həmişə bir-birimizlə səmimi olmuşuq”.

“Mən pozitiv şeylər haqqında fikirləşirəm, əgər mən pis oyunçu olsa idim, o, mənim haqqımda mətbuatda danışmazdım, sadəcə getməyimə şərait yaradardı. Fikirləşirəm ki, mənim gedişim onu narahat etdi. Amma mənə özüm haqqında da fikirləşmək lazım idi”.


Mənbə: Manchester Evening News

0 comments