Mail: “Şou Türkiyəyə getmək istəmir”

Lyuk Şou
Paylaş:

The Dail Mail yazır ki, Lyuk Şou yanvarda Türkiyəyə getmək niyyətində deyil və “Mançester Yunayted”də öz mövqeyi üzrə yerini qaytarmaq üçün mübarizə aparmağa hazırdır.

Şou bu mövsüm hələ bir dəfə də olsun start heyətdə meydana çıxmayıb və xəbər verilir ki, əgər Mourinyo yaxşı bir təklif alacaqsa, ona klubu tərk etməyə şərait yaradacaq.

22 yaşlı ingilis müdafiəçi üçün İstambulun “Fənərbaxça” klubu elçi düşüb, amma Şounun yanvarda Türkiyəyə getmək kimi bir planı yoxdur.

Xatırladaq ki, 2015-ci ilin sentyabrında PSV ilə oyunda Şou ayağının iki tərəfdən sınığı qeydə alınmışdı, bu ilin aprelində isə topuq bağlarını zədələmişdi və yenə bir neçə aylıq sıradan çıxmışdı.


Mənbə: Daily Mail

0 comments