Mata: “Linqard hamımızı heyrətləndirir”

Cessi Linqard, Xuan Mata
Paylaş:

Komandamızın ispaniyalı yarımmüdafiəçisi Xuan Mata son zamanlar öz oyunu ilə diqqət mərkəzinə düşən Cessi Linqardın inkişaf prosesindən danışıb.

Xuan Mata son oyunlarda Cessi Linqardın sərgilədiyi performansla bağlı fikirlərini MUTV kanalında səsləndirib və “Mançester Yunayted” Akademiyasının yetirməsi olmasını da bu prosesə böyük təsir etdiyini vurğulayıb.

“Biz onun adına çox şadıq. Mən onu “Mançesterli oğlan” kimi tanıyıram. O, klubun Akademiyasında yetişib, klubu yaxşı tanıyır və “Yunayted” futbolçusu olmaq nə deməkdir əla bilir”.

“Cessi bizimlə bir neçə mövsüm keçirib, amma bu il həmişəkindən fərqli olaraq daha çox qollar vurur və meydanda ən yaxşı oyununu sərgiləyir. Düşünürəm ki, o, artıq püxtələşmiş bir fubolçudur, biz onunla birlikdə olmaqdan çox xoşbəxtik çünki, vurduğu mühim qollarla komandaya kömək edir”.

“Linqardın müxtəlif cür keyfiyyətləri var. Ağıllı, intelligent və dinamik şəkildə topla rəftar edir. Top daşıyır, irəliləyir, rəqibin cərimə meydançasında bitiriciliklə məşğul olur”.


Mənbə: manutd.com

0 comments