Tuanzebe: “Şou məni şoka salmışdı”

Lyuk Şou, Aksel Tuanzebe
Paylaş:

“Mançester Yunayted”in gənc futbolçusu Aksel Tuanzebe Inside United jurnalına müsahibəsində Lyuk Şou haqqında danışıb.

Joze Mourinyonun rəhbərliyi ilə artıq 8 oyuna çıxmış müdafiəçi Lyuk Şounun məşq sessiyasında onu necə təsirləndirdiyini diqqətə çatdırıb.

“Əsas komanda ilə ilk məşq heç vaxt unudulmur. Mən, Reşford və Devont Redmond məşq meydançasına yollandıq. Bu həyatımda keçirdiyim ən çətin sessiya idi. Əvvəlcə komandanın məşqini izləməyə gəldiyimizi düşünsək də, sonradan məşqlərdə iştirak etməyə başladıq. Əsas heyətə qarşı oynayırdıq. Hər şey çətin, sürətli və fiziki cəhətdən başqa səviyyədə idi”.

“Lyuk Şou inanılmaz dərəcədə cəld görürdüm. Onun yanına belə yaxınlaşa bilməmək məni şoka salmışdı. Sanki bir mərmi idi, sadəcə möhtəşəm. Həmin vaxtdan mən özümü onunla müqayisə etməyə başladım. Onun kimi cəld, sürətli və dəqiq oynamağa çalışıram. Bu sessiyadan sonra nələr etməli olduğumuzu yaxşı anladıq. Və sonrakı günlərdə daha çox və daha çox etməyə səy göstərdik”.


Mənbə: manutd.com

0 comments