Klub 4 futbolçu ilə müqavilənin vaxtını uzadıb

Eşli Yanq, Xuan Mata
Paylaş:

The Telegraph xəbər verir ki, “Mançester Yunayted” dörd futbolçunun – Xuan Mata, Ander Errera, Eşli Yanq və Deyli Blindin – müqaviləsinin avtomatik artırılma bəndini aktivləşdirib.

Bu dörd futbolçunun hamısı yayda azad agent statusu ala bilərdilər, amma indi bu 2019-cu ilin yayında baş verə bilər.

Xəbər verilir ki, Joze hələ bu dörd futbolçunun klubdakı gələcək taleyini müəyyənləşdirməyib, həmçinin, Lyuk Şounun da, hansı ki, bu yaxınlarda onun da müqaviləsi artırılmışdı. Portuqaliyalı qərar vermək üçün vaxt alıb ki, hansı futbolçuya klub müqavilə təklif edəcək, hansını isə komandadan göndərəcək.

Hal-hazırda azad agent statusunu yalnız Maruan Fellayni ala biləcək, hansı ki, keçən ilin payızında “Mançester Yunayted”in yeni müqavilə təklifindən imtina etmişdi.


Mənbə: The Telegraph

0 comments