Mourinyo “Stok Siti“ ilə oyundan sonra

Joze Mourinyo
Paylaş:

Baş məşqçimiz Joze Mourinyo “Stok“la matçdan sonra mətbuat konfransında iştirak edib. 

İKİNCİ HİSSƏDƏ DAHA YAXŞI İDİK

“İlk hissə yaxşı keçmədi, onlar daha yaxşı idilər və müsbət oyun sərgiləyirdilər. Möhtəşəm qol vurduq, ancaq bu onları incitmək üçün kifayət deyildi, çox yaxşı reaksiya göstərdilər. Müsbət yöndə oyunları alınırdı və əla şansları var idi, lakin bir qədər də bəxtimiz oldu ki, 2-ci qolu vurduq. Daha bir möhtəşəm qol“.

“İkinci hissədə isə çox şey dəyişdi. Onlar üçün çox çətin oldu. 2-0 hesabı, üstəlik oyuna hakim olmağımız əllərini, qollarını bağlamışdı. Sadəcə sonda Diufla bir şansları oldu, artıq oyun vurduğumuz 3 heyrətamiz qolla xeyrimizə idi. Lukakudan öncə bir çox vəziyyətlərdə 3-cü qolu vuraraq oyunu öldürmə şansımız var idi. Matçın əvvəldən axıra nəzarətimizdə olduğunu deyə bilmərəm, çünki “Stok“ da yaxşı təsir bağışlayırdı. Bəzən sakit, bəzən ləng olaraq ilk hissədə onlara kompakt və nizamlı oynama imkanı yaratdıq. Ancaq, ikinci hissədə bir qədər inkişaf etdik, topla oynadıq, şanslar yaratdıq və rəqibi çətin vəziyyətə saldıq.

“SİTİ“ İLƏ MƏĞLUBİYYƏTDƏN SONRA OYUN TƏRZİ VƏ QƏLƏBƏLƏR

“Birinci və ikinci ilə aradakı xal fərqi hələ də böyükdür, belə vəziyyətdə lider vəziyyətə nəzarət edir. O mövqedə bundan qabaq olmuşam, təzyiq olmadan, özünə inamla, sakit şəkildə oynayırsan. Etdiyin xırda səhvlər belə səni narahat etmir, beləliklə hər şey özlərindən (“Mançester Siti“ futbolçularından) asılıdır ki, özünə inamlarını qorusunlar və sıxlığı saxlasınlar. Bizim üçün aradakı xal fərqinin önəmi yoxdur, hər matça qələbə əzmi ilə çıxıb onu qazanmaq və mövsüm sonunda ola biləcəyimiz ən yaxşı mövqedə qərarlaşmaq istəyirik“.

VALENSİYANIN QOLU

“Antonio hər şey bacarır. O, fərqlənən zaman möhtəşəm qollara imza atır. Həqiqətən onun adına çox xoşbəxtəm. Zədəli idi, qayıtdı, əla oynadı üstəlik tabloya adını da yazdırdı“.

MARSİALIN QOLU

“O, dünən də eyni qolu vurdu. Ancaq dünən mənim ötürdüyüm top idi, bu gün isə Poqbanın. Bitiricilik üçün ötürmələr verirdim. Bu gözəl ötürmə və qol idi“.

POQBANIN PERFORMANSI

“Topla fantastik dərəcədə yaxşı davranır, uzun ötürmələr edir, istiqamət dəyişmir və rəqibə çətin anlar yaşadır. Məhsuldar ötürməsi var idi, əgər oyunun sonundakı cərimə zərbəsindən də qol vura bilsəydi onun üçün əla bir hədiyyə olardı. O, komandanın oyun üsulu ilə, xoşbəxtdir. Biz profilimizi dəyişirik və Poqba sevincilidir ki, hər şey onun istədiyi istiqamətdə doğru gedir“.


Mənbə: manutd.com

0 comments