Venger: “Çox güman Sançez “Yunayted”ə keçəcək”

Arsen Venger, Aleksis Sançez
Paylaş:

Arsen Venger bildirib ki, danışıqların bu mərhələsində Aleksis Sançezin “Mançester Yunayted”ə keçmə ehtimalı çox yüksəkdir.

Yanvar transfer pəncərəsində Sançezlə “Yunayted”dən başqa “Mançester Siti” və “Çelsi” də maraqlanırdı. Lakin görünür ki, Aleksis “Old Trafford”a gələcək.

“Bu hadisələr yaxşı sənədləşdirilib. Əlavə edəcəyim heç nə yoxdur. İndi iş o yerdədir ki, transfer baş tuta da bilər, tutmaya da bilər. Mən transferlərlə 30 ildi ki, məşğul oluram. Danışıqların bu mərhələsində hiss edirəm ki, razılaşma əldə olunacaq”.

Arsen Venger, həmçinin, əmindir ki, “Yunayted”in oyunçusu Henrik Mxitaryan bu ay “Arsenal”a qoşulacaq.

“Mxitaryanın məvacibi problem deyil. Bu futbolçuların dəyişdirilməsi olacaq, mən fikirləşirəm ki, biri digərini əvəzləyəcək. Biz bundan sonra transfer bazarında işləməyə davam edəcəyikmi? Bəli”.

Xəbər verilir ki, Dortmund “Borussiya”sının hücumçusu Pier-Emerik Obameyanq artıq “Arsenal” ilə şəxsi müqaviləsini razılaşdırıb.

Venger əlavə edib: “Heç nə əlavə etməyəcəm. Bu cür şeyləri gərək gizlin saxlayasan. Bu cür məlumatları yalnız hər şey həll olunduqdan sonra bildirmək lazımdır”.


Mənbə: The Telegraph

0 comments