Pol Poqba vs De Bröyne: kim daha yaxşıdır?

maxresdefault (1)
Paylaş:

Artıq pleymeykerləri müqayisə etmək vaxtı gəlib çatdı.

Poqba “Mançester Yunayted”in “Stok Siti” üzərində qazandığı 3-0 hesablı qələbədə əsas pay sahibi oldu, iki məhsuldar ötürmə etdi və Premyer Liqada qol ötürmələrinin sayuını öz hesabında 10-a çatdırdı.

Antonio Valensiyaya və Antoni Marsiala etdiyi assistlər Poqbanı liqanın hazırkı ən yaxşı qol ötürmələri edənlərlə -“Mançester Siti”nin oyunçuları Leroe Sane və Kevin De Bröynenin statistikası ilə eyniləşdirdi.

Poqba və De Bröyneni tez-tez müqayisə edirlər, axı onlar öz komandalarında oxşar mövqedə çıxış edirlər. Amma öz növbəsində belçikalını artıq mövsüm sonunda “İlin ən yaxşı oyunçusu” seçiləcəyi deyilir, onun “Yunayted”dəki rəqibini isə “qırmızı şeytanlar”ın oyununa təsir etməkdə çətinlik çəkdiyinə görə tənqid edirlər.

Buna baxmayaraq, rəqəmlər göstərir ki, Poqba da komandasına çox vacibdir, necə ki, De Bröyne “Siti”yə vacibdir. Bundan əlavə Poqba zədə və diskvalifikasiya səbəbindən 10 Premyer Liqa matçını buraxmalı olmuşdu. Mourinyonun komandası fransızın yoxluğunda çətinliklə bacarırdı.

Bəs rəqəmlər daha çox kimi dəstəkləyir? Gəlin yoxlayaq.

1-ci raund: komanda oyunu (ötürmələr, müdafiədəki işi və top almalar)

Öz komandalarının yarımmüdafiəsinin gələcək ürəkləri, həm Poqbadan və həm də De Bröynedən gözləyirlər ki, onlar oyunu daha dərinə getməklə quracaqlar.

Kevin De Bröyne

Yarımmüdafiədə ən vacib aspekt – ötürmə etməkdir. Yalnız üç futbolçu bu mövsüm De Bröynedən daha çox ötürmə edib. Belçikalı 23 oyuna mümkün 1639 ötürmədən 1362-in dəqiq yerinə yetirib – 83% dəqiqliyi ilə.

Bu arada Poqba mövsüm ərzində 10 oyun buraxmaqla 890 ötürmədən 752-in dəqiq yerinə yetirib. Buna baxmayaraq, ötürmələrin faiz göstəricisi daha yüksəkdir – 85%.

Onu da qeyd etmək lazımdır ki,  fransızın De Bröynedən fərqli olaraq ötürmələrinin çox hissəsi hücuma yönəlmişdi: 66,9%-in 59,9% nisbətinə.

Müdafiədə belçikalı “Yunayted”in futbolçusundan daha çox top alıb və 88 təkbətək mübarizədə iştirak edib, Poqbada isə bu rəqəm 40 nisbətindədir. Amma oyunbaşı ortalama ilə müqayisə etsək, onda rəqəmlər yenə fransızın tərəfindədir.

40% uğurlu nəticə ilə 90 dəqiqə ərzində 3.81 top alma göstəricisinə malikdir, Poqba De Bröynedən daha çox topa sahib olub, hansı ki, 36% cəhdlə topa sahib olub.

Bununla yanaşı, Poqba bir oyunda müdafiədə daha çox iş görür: iki (Poqba) birə (De Bröyne) qarşı.

2-ci raund: Fərdi ustalıq (rəqibləri keçmək və müdafiəni yarıb keçən ötürmə)

Poqba gözəl saç düzümü və rəqsləri ilə məşhurdur, amma onun meydanda da öz tərzi var.

Pol Poqba

Fransız bu mövsüm Premyer Liqada 46 dəfə rəqibini geridə qoyub – 90 dəqiqə ərzində orta hesabla 2.62 göstərici ilə 72% müvəffəqiyyətə malikdir.

Nemanya Matiçin gəlişinə qədər Poqba məcburiyyətdən daha geridən oynayırdı, lakin serbin gəlişindən sonra Joze Mourinyo fransızı müdafiədəki bəzi vəzifələrdən azad etdi.

De Bröyne tez-tez rəqiblərini keçməklə uğur qazanıb – 49 cəhd ilə  79,59% göstəriciyə sahibdir, 90 dəqiqə ərzində orta hesabla 1.79 dəfə.

Bu mövsüm Premyer Liqada heç kim belçikalıdan daha çox müdafiəni yarıb keçən ötürmə etməyib – 24 dəfə, orta hesabla bir oyuna 1,04 dəfə. 10 oyun buraxmaqla fransız 9 dəfə ötürmə edib, bu isə orta hesabla oyuna 0.69 edir.

3-cü raund: Nəticə (Qollar və məhsuldar ötürmələr)

İndi isə göstəricilərdən danışaq, hansı ki, bəziləri üçün bu çox vacib amil hesab olunur. Həm Poqba, həm də De Bröyne bu mövsüm öz komandalarında əsas rol oynayırlar.

Bu mövsüm 13 oyuna üç qol vuran Poqba orta hesabla hər 90 dəqiqəyə 0.24 qol vurub. De Bröynenin isə nəticəsi elə də çox deyil: 6 qolorta hesabla 90 dəqiqəyə 0.27.

Əgər doğurdan da haradasa tərəflərin birinin digərindən çox üstün olduğu yer varsa, bu məhz məhsuldar ötürmələrin siyahısındadır. Poqbanı belçikalı ilə müqayisə etsək, az oyun oynamasına rəğmən 9 qol ötürməsi edə bilib.

Bu mövsüm Premyer Liqada 13 oyunda iştirak edən fransız oyunçu orta hesabla 90 dəqiqəyə 0.72 məhsuldar ötürməyə sahibdir. Hər oyuna start heyətdə başlayan De Bröyne orta hesabla 0.41 məhsuldar ötürmə edib.

Poqbanın məhsuldar ötürmələri qapı qarşısına edilən ötürmələrdən daha az fürsətlərdən sonra baş tutub – 27 fürsətdən 33,3%-i reallaşıb. De Bröynenin 9 qol ötürməsi 13% göstərici ilə 68 fürsətdən sonra olub.

Son nəticə

Qol və məhsuldar ötürmələrdə, həmçinin, komandaya ötürmə və müdafiə göstəriciləri ilə böyük təsir qoymaq, hətta az da olsa kreativlikdə geri qalmasına baxmayaraq, biz Pol Poqbanın mövsümü daha yaxşı keçirtdiyini hesab etməyimizdə haqlıyız.

Yuxarıdakı statistika tablonu tam göstərmir, axı mövsümün çox hissəsində iştirak etməklə De Bröyne “Mançester Siti”nin uğurlarında çox böyük pay sahibi oldu.

İstənilən halda, hətta “Mançester Siti” belçikalının başçılğı ilə çempionluq tituluna sahib olsalar belə, Poqba mövsümün sonunda PFA tərəfindən ilin komandasında, həmçinin, İlin Ən Yaxşı Futbolçusu mükafatının namizədlər siyahısında yer ala bilər.


Mənbə: Squawka

0 comments