“Börnli” – “Yunayted”: oyun öncəsi mətbuat konfransı

Joze Mourinyo
Paylaş:

Joze Mourinyo Premyer Liqanın 24-cü turu çərçivəsində keçiriləcək “Börnli” ilə səfər matçından öncə təşkil olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

KOMANDA HAQQINDA

Mourinyo bildirib ki, Deyli Blind aldığı kiçik zədə səbəbindən “Börnli” ilə qarşılaşmanı buraxmalı olacaq. Müdafiəçi Erik Bayi və hücumçu Zlatan İbrahimoviç zədədən sonra bərpa prosesini davam etdirirlər. Eşli Yanq 30 dekabrda “Southempton” ilə qarşılaşmada etdiyi kobudluğa görə üç oyunluq cəzasını bitirib və indi komandaya qayıtmağa hazırdır.

LYUK ŞOU HAQQINDA

Mourinyodan xahiş ediblər ki, Şounun son çıxışlarını dəyərləndirsin. “Lyuk yaxşı formadadır O, əla oynayır. Mən ondan çox razıyam. Sizə transferləri müzakirə etmək xoşunuza gəlir və mən deyə bilərəm ki, hal-hazırda transfer bazarında Şoudan yaxşı sol cinah müdafiəçisi yoxdur”.

ANTONİO VALENSİYA

Valensiya Stok Siti” ilə qarşılaşmada zədədən qayıtdı və möhtəşəm qol vurdu. “O, bizim kapitanımızdır, o, elə tip oyunçudur ki, mən elələrini səssiz lider adlandırıram, çünki o, çox danışmağı sevmir. Amma meydanda öz təcrübəsini, öz stabilliyini, qələbə qazanmaq əzmini nümayiş etdirir və sol ayağı ilə vurulan qol sadəcə möcüzə idi. Amma onun çıxışının səviyyəsi məni təəccübləndirmir, o, çox yaxşı oyunçudur”.

SANÇEZİN TRANSFERİ HAQQINDA

“Yeni heç bir şey yoxdur, mən fikirləşirəm ki, hamı yaxşı başa düşür ki, biz bu iş üzərində çalışırıq. Xüsusən də, bu mövzu haqqında “Arsenal”ın baş məşqçisi dəqiq məlumat verəndən sonra nəyisə gizlətmək və ya inkar etməyin bir mənası yoxdur, amma hələlik razılıq əldə olunmayıb, amma hal-hazırda Mxitaryan bizim, Sançez isə “Arsenal”ın oyunçudur”.

Mourinyo, həmçinin, bildirib ki, Mxitaryan “Börnli” ilə oyunda “Yunayted”in iştirak ərizəsinə salınmayacaq.

YENİ MÜQAVİLƏ HAQQINDA

“Mənim müqaviləm 2019-cu ilin iyulunda bitəcək, deməli həmin vaxta qədər bu haqda danışmağa vaxtımız olacaq. Mən bilirəm ki, klub razıdır, klubun sahibləri və idarəçiləri hər şeydən razıdır, onlar da bilirlər ki, mən də hər kəsdən razıyam və əgər biz qərar versək ki, yeni müqavilə bağlamaq lazımdır, biz bunu edəcəyik, amma hələ vaxtımız çoxdur”.


Mənbə: manutd.com

0 comments