Joze: “Sançezin transferi yekunlaşmaq üzrədir”

Aleksis Sançez
Paylaş:

“Börnli” ilə səfər qalibiyyətindən sonra Joze Mourinyo jurnalistin suallarını cavablandırıb, hansı ki, Aleksis Sançezin “Mançester Yunayted”ə transferi maraqlandırırdı.

“Hər şey sona yaxınlaşmaq üzrədir. Mən pozitiv əhval-ruhiyyədəyəm. Bizim əməkdaşlarımız əllərindən gələn hər şeyi edirlər. Rəhbərlik “yaşıl işıq” yandırıb, cənab Vudvord bütün gücü ilə çalışır, hər kəs maksimum nə verə biləcəksə, ona görə çalışır. Mən fikirləşirəm ki, hər şey uğurla yekunlaşacaq”.

Eyni anda “Arsenal”ın baş məşqçisi də bildirib ki, Sançez Mançesterə yola düşüb:

“Aleksis niyə oynamırdı? Eyni anda İngiltərənin şimalı getmək və futbol oynamaq mümkün deyil. Mən gözləyirəm ki, transfer yaxın vaxtlarda yekunlaşacaq, amma indi heç nə bəyan edə bilmərəm”.


Mənbə: Sky Sports

0 comments