Mourinyo “Börnli” ilə oyundan sonra

Joze Mourinyo
Paylaş:

Joze Mourinyo ikinci hissədə Antoni Marsialın qolu sayəsində çətin “Terf Mur” stadionununda qazanılan qələbədən sonra komandanın oyununu dəyərləndirib.

“BÖRNLİ”YƏ QARŞI OYNAMAQ HƏR ZAMAN ÇƏTİNDİR

“Burada asan heç nə olmur. Əgər biz ikinci qolu da vursaydıq, onda oyun bizim nəzarətimiz altında olacaqdı, amma bu baş vermədi, onlar ümidlərin itirmədilər və sona qədər mübarizə apardılar. Onların fiziki cəhətdən güclü komandaları var və cərimə zonasının ətrafında çox prezzinq edirlər. Mövsümdən-mövsümə onlar bu cür oyuna yanaşmaya görə nəticələr əldə etməyə davam edirlər. Əgər sən fərqlənə bilmirsənsə, onda pis vəziyyətə düşürsən, onlar birbaşa irəliyə gedirdilər və öz yanaşmasına uyğun oynayanda, bu onları çətin bir rəqibə çevirir. Biz yaxşı müdafiə olunurduq və demək lazımdır ki, Mayk Din və onun briqadası oyunu yaxşı idarə etdilər”.

LUKAKUNUN MARSİALIN QOLUNDAKI ROLU

“Bu möhtəşəm idi, amma bəzi insanlar hücumçulara vurduqları qolların sayına görə baxırlar və ona görə təhlil edirlər. Bu düzgün deyil, çünki Lukaku komanda oyunçusudur və onun oyunun keyfiyyəti, meydanı görmək qabiliyyəti və Marsiala verdiyi ötürmə fantastik idi”.

MARSİALIN ÇOX İSTEDADI VAR

“Biz başa düşürdük ki, onun cinah müdafiəçisi ilə (Fil Bardsli ilə) təkbətək qalanda, müdafiəçi üçün çox çətin olacaq, çünki Marsialın çox böyük fərqli bacarıqları var – o, mərkəzə və ya cinaha da çəkilə bilər, uzaq küncə və ya yaxın küncə də zərbə endirə bilər, necə ki, bu gün oldu. Onun müxtəlif xüsusiyyətləri var və sevinmək üçün ayrı bir səbəbdir. Romelu başa düşürdü ki, əgər Antonini müdafiəçi ilə təkbətək çıxartsa, rəqib üçün çətin olacaq”.

TƏƏSSÜF Kİ, İKİNCİ QOLU VURA BİLMƏDİK

“Bizim fərqi artırmaq şanslarımız var idi, çünki biz başa düşürdük ki, nələr baş verəcək – Sem Vouks meydana çıxdı və müdafiədən birbaşa hücuma keçmək oyunu daha da intensivləşdi və daha sonra bizə əlavə olunmuş son 5 dəqiqədə cəsarətlə müdafiə olunmaq lazım gəldi”.

KOMANDANIN GÜCLƏNDİRİLMƏSİ

“Biz komandaya baxırıq və deyə bilərik ki, Kris Smollinq və Fil Cons sadəcə nəhəngdirlər, amma bütün komanda yaxşı oynadı. Fikirləşirəm ki, Maruan Fellayni son 20 dəqiqədə fundamental rol oynadı, buna görə də mən ona minnətdaram. Bəzən oyunçular ehtiyatda oturduqlarına görə üzülürlər və ehtiyatdan meydana çıxandan sonra isə özlərini tam yüz faiz oyuna verə bilmirlər, amma mənim komandamda belə hallar baş vermir. Eht6iyatdan meydana daxil olan oyunçular komandaya kömək üçün bunu edirlər”.


Mənbə: manutd.com

0 comments