Çarltonun Armfildə vidası

Cimi Armfild
Paylaş:

“Mançester Yunayted” klubu Cimi Armfildin ölümü ilə bağlı bütün idarə və işçi heyətinin qəmgin olduğunu dilə gətirib. Bununla yanaşı, klubun səfiri ser Bobbi Çarlton da öz hislərini bölüşüb.

“Ciminin vəfatına görə çox dərin hüznə qərq oldum. O, rəqib, komanda yoldaşı və dost idi. Şübhəsiz ki, dürüst və ağıllı bir cənabla tanış olduğuma görə özümü bəxtəvər hesab edirəm”.

“İlk dəfə onu milliyə çağırılan zaman tanımışdım. Eyni dəstədə, çiyin-çiyinə mübarizə aparırdıq. O zaman tanışlığımız qısa çəkmişdi, ancaq sonralar tez-tez yollarımız kəsişirdi və indiyə kimi xatırlayıram, Cimi 1971-ci ildə “Blekpul”da keçirdiyi son oyununa mən ona qarşı mübarizə aparırdım. İlk universal sağ cinah müdafiəçisi kimi həmişə mənə çətin rəqib olub. Qısa bir misal deyim ki, 60-cı illərin əvvəllərində İngiltərənin ən yaxşı sağ cinah müdafiəçisi seçilmişdi”.

“1962-ci il dünya çempionatında onunla birlikdə oynadığım üçün çox sevincli idim. Növbəti mundialda isə iştirak etməməyinə baxmayaraq, tariximizdə ilk və yeganə çempionluğumuzda heç vaxt heyət üçün müsbət enerjisini əksik etmirdi”.

“Bununla belə, mən onu yalnız yaxşı bir oyunçu kimi tanımadım. Şans əsəri deyildi ki, biz futbolla vidalaşdıqdan sonra da həmişə əlaqədə olduq. Onun radiodakı həzn səsi üçün darıxırdım, ancaq indi Cənab Blekpulun özü üçün də darıxmalı olacam”.

“Xanımım Norma və mən Ciminin həyat yoldaşı Anneyə, oğulları Dankan, Cons və ailənin digər üzvlərinə başsağlığı veririk”.


Mənbə: manutd.com

0 comments