Aleksis: “Burada oynamağın xəyalını qururdum”

DUKpttSXUAEeXAF
Paylaş:

Komandamızın yeni transferi Aleksis Sançez MUTV-ə ilk müsahibəsini verib.

ALEKSİS, XOŞ GƏLMİSƏN. ÖZÜNÜ “MANÇESTER YUNAYTED” FUTBOLÇUSU KİMİ ÇAĞIRMAQ NECƏ BİR HİSSDİR?

“Uşaq olandan bəri söyləmişəm xəyalım “Mançester Yunayted”də oynamaqdır, amma daha demiyəcəm, artıq buradayam və bu gerçək oldu. Uşaqlığmda həmişə “Yunayted”də oynamaq istərdim deyə düşünürdüm, bu barədə Aleks Ferqusonla da danışmışıq. Təxminən, 20 dəqiqə həmsöhbət olduq. Ona burada oynamağın xəyalım olduğunu söylədim. Möhtəşəm, güclü klubdur. Mənə təklif gələn gün klubun embleminə baxdım və və tüklərim biz-biz oldu. Həqiqətən İngiltərənin ən böyük və ən güclüsü “Mançester Yunayted”dir”.

“OLD TRAFORD”DA NAİLİYYƏTLƏRİN HAQQINDA NƏ DÜŞÜNÜRSƏN?

“İnanıram ki, hər şeyi əldə etmək olar. Emblem sənə hər şeyi deyir. Dünya miqyasında nəhəng klubda hər kuboku əldə etmək istəyirəm – Premyer Liqa, Çempionlar Liqası və gələcəkdə klubun hədəfində ola biləcək başqa kuboklar”.

FERQUSONUN DÖNƏMİNDƏN MÜQAVİLƏ ŞANSINIZ OLDUĞUNU DEDİNİZ. O ZAMANDAN BƏRİ NƏ VAXTSA “YUNAYTED”Ə KEÇMƏK HAQQINDA DÜŞÜNÜRDÜNÜZ?

“Tamamilə doğrudur. Bu klubla, qırmızı rəngləri ilə bağlı həmişə müsbət motivasiyam olub. Səmimi qəlbdən deyirəm ki, “Mançester Yunayted” formasını geyinmək reallığa çevrilmiş bir xəyala bənzəyir mənim üçün”.

JOZENİN NECƏ TƏSİRİ OLDU KEÇİDDƏ?

“O, mənim keçməyimin klub üçün çox əhəmiyyətli olduğunu söylədi. Klubun özünün də mənim keçidimə maraqlı olduğuna inanırdım. Onların bu transfer üçün çox çalışmaları və mənə 7 nömrəli formanı təklif etmələrinə heyrətlənmişdim. Futbolçuya bu tamam başqa cür təsir edir. Bəzən oyunçuların komanda tərəfindən sevildiyini və önəmli olduğunu bilməyə ehtiyacları var. Cəlbedici olan tərəflərdən biri də bu – məşqçinin mənimlə maraqlanmağı idi. İtaliyada, İspaniyadakı hər şeyi qazanmış, qələbəni sevən bir baş məşqçi”.

7 NÖMRƏLİ FORMANIN BURADA RƏMZİ VƏ TARİXİ ƏHƏMİYYƏTİ VAR, ONU KLUBUN ƏFSANƏLƏRİ SEÇİBLƏR. BU SİZİN ÜÇÜN NƏ DƏRƏCƏDƏ ÖNƏMLİDİR? BEST, KANTONA, BEKHEM VƏ RONALDUNUN ADDIMLARINI İZLƏDİYİNİZƏ GÖRƏ NECƏ BİR FƏXR VƏ MƏSULİYYƏT HİSSİ KEÇİRİRSİNİZ?

“Mənə deyəndə ki, Ronaldu, Kantona və Bekhem bu nömrə altında çıxış edib, “7 nömrə”lərin xəyalları Çempionlar Liqası və Premyer Liqanın kubokunu qaldırmaqla başında fırlanır. Və bəli, mən hazıram, komandaya bacardığımın ən yaxşısını verəcəm və burada çoxlu kuboklar qazanacağıq”.

JOZE BİRLİK VƏ BAĞLILIQ BAXIMINDA SAHİB OLDUĞU ƏN GÖZƏL HEYƏTLƏ İŞLƏDİYİNİ DEYİR. BU AİLƏYƏ QOŞULMAQ ÜÇÜN SƏBİRSİZLƏNİRSƏN?

“Əlbəttə. Paltar dəyişmə otağında bir ailə olmaq uğur əldə etmək üçün ən önəmli məqamdır. İspaniyada oynayarkən bizim çox gözəl münasibətimiz var idi, odur ki, çox şey qazandıq. Özümdə olan paltar dəyişmə otaqlarındakı təcrübəmə inanıram, gözəl bir qrup olmaq üçün bu çox önəmlidir. Həmçinin, klubun yeni oyunçular gətirməklə güclənməyə ehtiyacı olduğunu düşünürəm, bunun nümunəsidir ki, mən buradayam. Onlarla birgə çox işləmək, çalışmaq və hər şeyi qazanmaq istəyirəm”.

FUTBOLÇU KEYİYYƏTLƏRİNİZİ NECƏ TƏSVİR EDƏRDİNİZ?

“Hər şeyi əldə etmək istəyən bir futbolçuyam. Gördüyüm hər işdə peşəkaram. Futbol üçün yaşayıram və futbolu sevirəm. Bu yolla şövqə gəlirəm. Hər gün çox çalışıram və hər oyundan sonra nəyin yaxşı, nəyin pis olduğuna nəzər salıb özümü hansı cəhətdən inkişaf etdirə bilərəm deyə düşünürəm. Sol cinahdan və mərkəzdən oynamağı xoşlayıram… ancaq düzünü desəm, futbol oynadığım müddətdə hər mövqedə işimi bacararam”.

ÇİLİDƏKİ İNSANLARIN REAKSİYALARINDAN XƏBƏRİNİZ VAR? SİZ ƏSAS KOMANDADA OYNAYACAQ İLK ÇİLİLİ FUTBOLÇU OLACAQSINIZ? BURADAN ONLARA NƏ DEMƏK İSTƏYƏRDİNİZ?

“Düşünürəm ki, “Yunayted”də oynayan ilk çilili futbolçu olmaq mənim üçün çox anlam daşıyır. Həmişə dediyim kimi burada oynamaq xəyaldır, ancaq bu baxımdan ölçülə və yaxud qiymət verilə biləcək bir şey deyil bu. Hələ də evimizin arxasında dostlarımla futbol oynadığımı zənn edirəm. Buna görə də bu oyunu sevirəm, sosial şəbəkələrə diqqətimi yönəltmirəm. Yalnız oyunumla xoşbəxt olmağa çalışıram. Anamın da dediyi kimi “futbolundan zövq al, çünki sənin edə bildiyin ən yaxşı iş odur”.

Çilidəki insanların hazırda məni düşündüyünü bilirəm. Onlara bu diqqətlərinə görə dərin təşəkkürlərimi bildirirəm və “Yunayted”də oynayacaq ilk çilili futbolçu olmağı özümə olduqca məsuliyyətli sayıram. Bu, mənim üçün çox şey deməkdir. İnanıram ki, evə dönüşüm möhtəşəm olacaq”.

“YUNAYTED” AZARKEŞLƏRİNƏ İSMARICIN VAR ?

“Aleksis Sançez burdadır (gülümsəyir). O, bütün kubokları – Çempionlar Liqası, Premyer Liqa və s. qazanmaq üçün acdır. “Yunayted” azarkeşləri Aleksis Sançezdən zövq alın. Hələlik (əl sallayır)”.


Mənbə: manutd.com

0 comments