“Uşaq vaxtı həbsxanada futbol oynamışam və pula görə salto vurmuşam”. Aleksis Sançez, sən kimsən?

Aleksis Sançez
Paylaş:

“Mançester Yunayted” gözlənildiyi kimi “Arsenal”ın futbolçusu Aleksis Sançezi heyətinə qatdı. Bizim manutd.one saytından olan dostlarımız yeni futbolçumuzun həyatı haqqında maraqlı məlumat hazırlayıblar.

Əgər fikirləşsəz ki, biz başlığı şişirtmişik, onda çox təəssüf: hər iki fakt Sançezin özü tərəfindən danışılmış real bir tarixdir. Hər bir dahi hücumçular kimi o, karyerasını qapıda başlayıb və özündən böyüklərlə mübarizə aparmalı olurdu. Bir neçə dəfə olub ki, yerli həbsxananın ərazisində futbol oynamalı olub. “Orada çox çirkin meydan var idi” – Aleksis xatırlayır.

Salto atmaq da təmiz həqiqətdir. Çilili danışır ki, evin kiçiyi kimi ona maşınları yumaq lazım olurdu – çox uşaqlı anaya dəstək vermək lazım idi. Balaca Aleksis gündüz və gecə çalışırdı, bəzən isə cibini hiyləgərliklə doldurmalı olurdu: “Mən salto vura bilirdim və insanlar mənə deyirdilər: “Salto vur, mən sənə 50-100 peso verəcəm”.

Balaca akrobat Aleksis

Balaca akrobat Aleksis

Uşağın 8 yaxşı olanda onun dayısı anasını inandırdı ki, balacanı Rankaquaya aparsın – Sançezin vətənindən 1300 km aralıya. Onu orada “Uneversidad Katolika” klubunun akademiyasına verirlər, həmin yerə ki, gənc istedad özünün ilk futbol təhsilini alır.

Aleksisin sonrakı yolu hər kəsə məlumdur: Cənubi Amerikada bir necə dəfə icarədə, “Udineze”, Pepin dəvəti, “Barsa”da kuboklar və “Arsenal”ın simasında yeni ingilis çağırışı. Premyer Liqada Sançez gözlənildiyi kimi parladı. “Arsenal”da coker olmağa və möcüzəvi son 15 dəqiqəni gözləməyə ehtiyac yox idi. Robin van Persinin gedişindən sonra “topçular”ın hücumda canavarı çatmırdı, müdafiəni yarmağı bacaran və kritik vəziyyətlərdə qolları vuran.

Sançez bunların hamısını bacardı.

Çilili Londonda lider və qəhrəman oldu, amma lazım olan refleksləri ala bilmirdi – klub hər zaman yeni müqavilələr zamanı pulda xəsislik edirdi, yerli fincana oxşar kuboklar və superkuboklar isə çətin ki, hücumçunun kubok aclığını doyuzdura bildirsin. Məhz buna görə “Yunayted”ə gəlmək qərarı doğru və düzgün seçimdir. Yaydan bəri Sançezi öz klubunda ələ salırlar, motivasiya sıfır, yeni müqavilə üçün irəliləyiş yoxdur, klubun uğurları isə ürək ağrısı verir və həzm etmək olmur. “Arsenal” kimi gəmidən qaçmaq lazımdır və bunu heç bir halda siçan hərakəti ilə eyni tutmaq olmaz.

Aleksis Sançez

İndiki “Yunayted”ə keçmək Sançez üçün mütləqdir. Ona görə yox ki, manklar bu transfer olmasa idi bacarmazdılar, amma belə bir şansı buraxmaq bağışlanılmaz bir günah və dəhşətli bədxərclik olardı. Səbəbin izah edirik.

A) Henrik Mxitaryan artıq heç vaxt Mançesterdə oynamayacaqdı. O, çox ləng və Mounun sərt sistemi üçün zəif xarekterli biri kimi çıxdı. Ola bilsin ki, yeni komandasında yenidən yüksələcək, amma indi bütün istiqamətlərdə enerji verən Sançez ilə dəyişdirilir – dahiyanə və min dəfə dahiyanə.

Aleksis daha çox tərəfli, maraqlı və universal futbolçudur. Bundan əlavə, biz hamımız görmüşük ki, Sançez Premyer Liqanın bütün komandalarını necə darmadağın edir.

Joze Mourinyo hücumun mərkəzində böyük bir oyunçunun olması düzülüşün davamçısıdır. Amma mövsümün yarısından Romelu Lukakunun alternativinin olmaması bəlli olur, hansı ki, qapıçıları pulemyot kimi vurmağı dayandırdı. +1 hücumda daha bir super ulduzun olması rəqabəti gücləndirəcək. Amma bir problem var – Aleksisin də sol cinaha həssaslığı var, həm yer ki, Marsial və Reşford tez-tez bir-birlərini əvəz edirlər. Variant var ki, onlardan birini hücuma çəkilsin – hər ikisi 9 nömrə funksiyasını ləyaqətlə bacarırlar. Beləliklə də, son cinah vinger mövqeyində bir yer boşalacaq və Aleksis ora yerləşə bilər.

C) Hətta əhvalı dağınıq və hərkətsiz olan Sançezin həddindən artıq yaxşı göstəricisi var. Məsəl üçün o, “Arsenal”da “qol+ötürmə” sisteminə görə ikincidir: çililinin 7 qolu və 3 məhsuldar ötürməsi var. Cəmi bir qol ilə Aleksandr Lyakazett onu qabaqlayır.

1516368026_2018-01-19_161753

Çilidən olan əzələli snayper bir oyuna orta hesabla 2,1 zərbəyə malikdir; “Yunayted”də bircə Pol Poqbada çoxdur – bir oyuna 2,7 uğurlu zərbə. Açar ötürmələrin sayına görə Aleksis Mançesterin qırmızı hissəsində oynayan hər bir oyunçudan öndədir – belə ötürmələri hər oyunda 2,7 edir. Orta hesabla hər oyuna iki dəfə açar ötürmə edən də elə həmin Poqbadır.


Mənbə: manutd.one

0 comments