“Yunayted” Münhen faciəsinin ildönümünü qeyd edəcək

Münhen faciəsi
Paylaş:

“Mançester Yunayted” Münhen aviaqəzasının 60-cı ildönümünü necə qeyd edəcəyi haqqında məlumat yayımlayıb.

Fevralın 3-də “Haddersfild” ilə oyundan əvvəl 1958-ci ildə faciədə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Elə həmin gün Britaniya vaxtı ilə saat 13:30-da stadionun kənarında xatirə saatının altında ənənəvi illik anma mərasimi başlayacaq, hansı ki, The Flowers of Manchester mahnısı ilə yekunlaşacaq.

Oyuna gələn hər bir azarkeş ilkdönümə həsr olunmuş xüsusi bir dəst alacaq, hansı ki, içərisində məhdud sayda çap edilən faciə haqqında kitab və United Review jurnalı olacaq, hansı ki, orda da Münhen aeroportunda həlak olanlar haqqında bəhs edilib.

6 fevral faciəsinin ildönümünü xatirə mərasimini klub “Old Trafford” daxilində keçirəcək. 65 yaşdan yuxarı olan bütün mövsümü abunəçilər mərasimə xüsusi dəvət alacaqlar, amma bu mərasimi digər azarkeşlər də ziyarət edə bilər.


Mənbə: manutd.com

0 comments