“Yunayted” Xuan Matanın müqaviləsini artırıb

Xuan Mata
Paylaş:

“Mançester Yunayted”in rəsmi saytı xəbər verir ki, klub Xuan Matanın müqaviləsinin uzadılması bəndini aktivləşdirərək, 29 yaşlı futbolçunun razılaşma müddəttini 2019-cu ilin yayına qədər artırıb.

Bu hadisə haqqında jurnalistlərlə söhbətində Joze Mourinyo fikirlərini belə ifadə edib: “Mata çox vacibdir. Mən il yarım bundan qabaq bura gələndə hamı deyirdi ki: “Matanın problemləri olacaq, ələ düşdü!”. Amma o, yenə də razılaşmasının müddətini uzadır. O, mənim üçün çox vacib oyunçudur, klub üçün çox vacib oyunçudur, komanda üçün çox vacib oyunçudur”.

Matanın özü də MUTV kanalına bu haqda danışıb: “Mən hələ də xoşbəxt və qürurluyam ki, bu komandanın bir hissəsiyəm. Fikirləşirəm ki, “Mançester Yunayted” ilə bağlı olan hər bir şəxs bunun imtiyaz olduğunu hiss etməlidir – mən məhz bunu bu cür qəbul edirəm”.

“Mən burada hamıdan razıyam və təbbi olaraq, mən komanda yoldaşlarımdan və məşqçimdən də razıyam. Sən bu komandnaın bir hissəsi olan andan, sənin karyeran əvvəlki kimi ola bilməz, çünki sən futbol tarixinin nəhəng klubunda oynayırsan”.

“Nə səkkiz, nə doqquz, nə on iki yaşımda mən təsəvvür edə bilməzdim ki, “Old Trafford”da çıxış edəcəm. Mən Skoulz, Giqqz, Bekhem, van Nistelroy, Ferdinand və Vidiç kimi oyunçuları izləmişəm və mənə elə gəlirdi ki, mənim oynadığım yerdən fərqli olaraq, onlar başqa kainatda oynayırlar. Amma indi mən də “Mançester Yunayted”də oynayıram və bu xüsusi bir hisdir”.

“Mənim burada olduğum dörd il ərzində kluba çox yeni futbolçular gəlib, amma indi biz bir-birimizi daha yaxşı tanıyırıq və başa düşürük. İndi biz komandnaı stabil etmək üzərində çalışırıq. Stabillik lazım olan nəticəni və uzun müddət ərzində mükafatlar qazanmaq üçün çox əhəmiyyətlidir”.


Mənbə: manutd.com

0 comments