Premyer Liqada qış fasiləsinin müzakirəsi gedir

premyer liqa
Paylaş:

Premyer Liqa 2019-2020 mövsümündə klublara qış fasiləsinin verilməsi üçün müzakirələrə başlayıb. Əgər dəyişikliklər qəbul edilsə, komandalar müxtəlif vaxtlarda iki həftəlik istirahətə çıxacaqlar, belə olan şəkildə turnirin tam dayanmasından qaçmaq olacaq.

Komandalar fasiləyə İngiltərə Kubokunun üçüncü mərhələsindən sonra gedəcək, bayram oyunları isə təxirə salınmayacaq. Əvvəlcə Premyer Liqanın 10 klubu yanvarın ikinci uikendi daxil olmaqla iki həftəlik istirahət alacaq. Daha sonra isə öz oyunlarını bu iki həftədə oynayan komandalar fasiləyə gedəcəklər. Növbəti iki həftədə isə keçən dəfə istirahət edən komandalar oynayacaqlar.

Bütün komandalar normaq qrafikə İngiltərə Kubokun dördüncü mərhələsində qayıdacaqlar, hansı ki, normal vaxtlarda yanvarın dördüncü uikendində oynanılır. Fasiləyə vaxt verildikdən sonra ölkə kubokun beşinci mərhələsini Premyer Liqa həftələrinin birinin arasına salmaq olacaq. İndi yanvarda keçirilən Liqa Kubokun yarımfinal qarşılaşmalarının qrafiki hələ müzakirə olunacaq.

Çempionatın tam qış fasiləsi üçün dayandırılması teleşirkətlər üçün heç də ideal bir qərar olmazdı, ona görə də Premyer Liqa daha münasib bir qərar verməyə çalışır.

Əksər Avropa liqalarında qış fasiləsi mövcuddur. Almaniyada klublar bu mövsüm üçün 22 gün istirahət etdilər. Fransa 16, İtaliya 14, İspaniya isə klublara 11 gün istirahət vermişdi.


Mənbə: Daily Mail

 

0 comments