Joze və Mata VAR texnologiyasının şübhəli qərarı haqqında

Xuan Mata
Paylaş:

Dünən “Mançester Yunayted”in 2:0 hesabı ilə qələbə qazandığı “Haddersfild” ilə qarşılaşmada ən şübhəli məqam Xuan Matanın qolunun qeydə alınmaması oldu.

Mata “Haddersfild”in qapısından qolu ilk hissənin sonlarında keçirtdi, lakin videoköməkçi sistemi (VAR) ispaniyalı futbolçunun həmin epizodda oyundankənar vəziyyətdə olduğunu müəyyən etdi və baş hakim Kevin Frend qolu qeydə almadı. Amma bu qərar çoxları üçün mübahisəli an kimi qaldı.

Oyundan sonra Joze Mourinyo belə deyib: “Bütün həftə ərzində mən özümü belə vəziyyət yaranacağı halda hislərimə nəzarət etməyə hazırlaşdırdım. Sən qol vurmusan, amma şübhələr qalıb ki, onu qeyd etməyə başlaya bilərəm ya yox. Sevinə bilərəm ya yox? Mən sevinmədim, çünki gördüm ki, Kevin Frend əli ilə qulaqcığı tutub, mən başa düşdüm ki, nəsə baş verib. Bu qeyri-müəyyənlik elə də xoş təəssürat deyil”.

“Əgər qərar mənim komandamın xeyrinə olmasa, amma düzgündürsə, onda mən bundan razıyam, çünki mən istəyirəm ki, hər şey düzgün olsun. Amma mən eşitdim ki, ola bilsin düzgün qərarı yan xətt hakimi verib, studiyadakı köməkçi yox. Fikirləşirəm ki, bu hələ təcrübə olunur. Portuqaliyada bu sistem bütün oyunlarda istifadə olunur və mən VAR texnologiyasının bütün müsbət və mənfi cəhətləriilə yaxşı tanışam. Mənfi tərəflərini yox etmək və sistemi mükəmməlliyə gətirmək lazımdır”

“Həqiqətin qalib gəlməyi gözəldi, amma problemlər də var. Problemlərdən biri bu gün baş verən idi, belə ki, verilən qərar protokolla ziddiyyət təşkil edir. Protokola əsasən, belə qərarlar birmənalı və aşkar hallarda aparılmalıdır, bugünki hal isə, əlbəttə ki, aşkar deyildi. Amma biz bilirik ki, bu bir eksperimentdir və biz bu qərarı qəbul etməliyik, amma mən bunu 2:0 hesabından sonra deyirəm!”.

“Fasilə zamanı mənə analitiklərimdən və köməkçilərimdən iyirmi dəfə susmalarını xahiş etdim. Mən istəmədim ki, futbolçular nəyin baş verdiyini bilsinlər. Mən istəyirəm ki, futbolçularım həmin epizodda oyundankənar vəziyyətin olduğunu qəbul etsinlər və oynamağa davam etsinlər, daha kompyuterin səhv etməsinə görə üzülməsinlər. Mən onlara “susun, bizə oynamağa davam etmək lazımdır” dedim. Bir gün analoji hadisə yenə təkrarlanacaq, amma bu dəfə bizim xeyrimizə”.

Çox güman ki, Xuan Mata “Yunayted”in tarixinə VAR texnologiyasının sayəsində qolu qeydə alınmamasına görə düşəcək. İspan yarımmüdafiəçi hakimin qərarına fəlsəfi reaksiya göstərib.

“Meydanda olanda ofsaytın olub-olmadığını bilmirdim, çünki mənə elə gəlirdi ki, rəqib oyunçu ilə təxminən eyni xətdə idik. Mən lazım olanı etdim və onu qeyd etməyə başladım. Daha sonra gördüm ki, hakim kimləsə danışır, qolu qeydə almayanda isə axmaq bir vəziyyətə düşdüm”.

“Mən bu texnologiyanın tərafdarıyam. Mənə elə gəlir ki, bu futbol üçün yaxşıdır, xüsusilə də, söhbət vacib qərarlardan gedirsə. Bu sistem oyunu bir az da ədalətli edə bilər, amma deyəsən, bu gün bizim lehimizə heç də aşkar qərar vermədilər. Yaxşı ki, bu qərar həlledici olmadı, çünki nəticədə biz qələbə qazandıq, amma mən fikirləşirəm ki, hamı ikinci qolun daha tez vurulmağını istəyərdi”.

1518947743_fe2d58839bf8455e9d4abd9381ab29d2


Mənbə: manutd.com

0 comments