De Hea müqaviləni artırmağa razıdır

David De Hea
Paylaş:

The Times xəbər verir ki, David De Hea “Mançester Yunayted” ilə müqaviləsini minimum 2021-ci ilə qədər uzadacaq.

De Heanın “Yunayted” ilə hazırkı müqaviləsinin müffətinin bitməsinə hələ 18 ay qalıb və klubun müqaviləni avtomatik olaraq daha bir il də artırmaq imkanı var, lakin klub rəhbərliyi həmin razılaşmaya daha bir mövsüm də uzatmaq niyyətindədir.

De Heanın nümayəndələri ilə danışıqlar keçən ilin sonlarından başlayıb və indiyə kimi heç bir problem olmadan davam edir, üstəlik, xəbər verilir ki, artıq danışıqlar sona çatmaq üzrədir.

Çox güman ki, ispaniyalı ilə müqavilə bağlanandan sonra Madrid “Real”ı dünyanın ən yaxşı qapıçılarından biri üçün mübarizədən məğlub olması ilə barışacaq. “Kral klubu” bundan sonra yəqin ki, diqqətini “Çelsi”nin belçikalı qapıçısı Tibo Kurtuaya yönəldəcək, hansı ki, bir neçə dəfə Madridə qayıtmaq istəyini bildirib.


Mənbə: The Times

0 comments