Klub üç futbolçu ilə müqaviləni uzadıb

Eşli Yanq, Deyli Blind
Paylaş:

Sky Sports telekanalının məlumatına görə “Mançester Yunayted” üç futbolçusu ilə müqavilənin uzadılması bəndini aktivləşdirib – Eşli Yanq, Deyli Blind və Sem Constoun 2019-cu ilin yayına qədər “Old Trafford”da qalacaq.

Blind bu mövsüm əsas komandada cəmi 15 oyunda iştirak edib və hal-hazırda zədəsini sağaltmaqla məşğuldur. Eşli Yanq 26 oyunda iştirak edib, Constoun isə hal-hazırda “Aston Villa”da icarə əsasında çıxış edib. 24 yaşlı ingilis Stiv Bryusun komandasının əsas qapıçısı olmağa nail olub və məşqçi ümid edir ki, növbəti mövsüm Sem daimi müqavilə ilə onların heyətinə qatılar, lakin “Aston Villa” indi “Yunayted”in qapıçısını azad agent kimi heyətinə qatmağa ümid edə bilməyəcək.

Bundan əvvəl “Yunayted” Xuan Mata, Ander Errera və Lyuk Şou ilə müqaviləni uzadmışdı və indi hazırkı heyətdən yalnız üç futbolçunun müqaviləsi yenilənməmiş qalıb – Maykl Kerrik çox güman ki, mövsüm sonu karyerasını yekunlaşdıracaq, Maruan Fellayni Türkiyəyə transfer olmağa yaxındır, Zlatan İbrahimoviç isə ABŞ-a köçməyə hazırdır.


Mənbə: Sky Sports

0 comments