Nevill: “Ev oyununda qələbə gözləyirəm”

Qari Nevill
Paylaş:

“Mançester Yunayted”in keçmiş kapitanı Qari Nevill güman edir ki, “Old Trafford”da “qırmızı şeytanlar”ın “Liverpul” üzərində qələbə qazanma şansları daha çoxdur.

“Mən hər zaman “Yunayted”in ev oyunlarında onlara qələbə praqnozunu verirəm. “Liverpul” ilə oyunda sizə ilk yarım saatı dözmək lazımdır, xüsusən də “Enfild”də, hansı ki, orada tamamilə başqa cür oynayırlar”.

“Mən həmişə inanırdım ki, “Liverpul” səfərdə həm də meydanın ölçüsü ilə də mübarizə aparmalı olurdu, baxmayaraq ki, nəzəri cəhətdən rəqibdən elə də güclü fərqlənmirdi (müqayisə üçün: “Enfild”in ölçüsü 101 x 68 m, “Old Trafford”un ölçüsü isə 106 x 69 m)”.

“Yunayted” üçün “Enfild”də, “Liverpul” üçün isə hər zaman “Old Trafford”da oynamaq çətindir. Dörd gün ərzində Joze Mourinyonu iki vacib oyun gözləyir, hansı ki, mövsümün qalan hissəsi çoxuna müəyyən olacaq. Bu iki oyunu nə qədər güclü keçirəcəyini hamımız görəcəyik”.

“Mən fikirləşmirəm ki, bizi ilk dövrədəki oyunun təkrarı gözləyir. Biz bir az daha yaxşı çıxış etməliyik. Həmin oyundan sonra Joze Mourinyo kifayət qədər ədalətli tənqidlərə qulaq asdı və digər böyük oyunlarda demək olar komandanın oyun tərzini və düzülüşünü dəyişmişdi ki, hücumda daha çox qüvvə ilə oynasınlar”.


Mənbə: Sky Sports

0 comments