Karrager “Yunayted” azarkeşinin üstünə tüpürüb

Ceymi Karrager
Paylaş:

“Liverpul”un keşmiş kapitanı və Sky Sports telekanalının eksperti Ceymi Karrager “Yunayted” azarkeşi olan kişinin və onun qızının üstünə tüpürdükdən sonra öz hazırkı işini itirə bilər.

İnsident “Yunayted” və “Liverpul” arasında baş tutmuş oyundan sonra Karragerin evə maşınla qayıdan zaman baş verib. Onun yanından keçənb azarkeşlərdən biri keçmiş futbolçunu tanbıyır və ona siqnal verib, ardınca şüşəni aşağı salıb və qışqırıb: “2:1, oğlan, 2:1! Əla bir gündür, Ceymi!”. Bundan sonra Karrager “Yunayted” azarkeşinin maşınına tərəf tüpürüb.

Video sosial şəbəkədə yayıldıqdan və mətbuatda tənqid hədəfinə çevrildikdən sonra Karrager şəxsən “Yunayted” azarkeşinin ailəsi ilə əlaqə saxlayaraq üzr istəyib və bildirib ki, onun etdiyi hərəkət bütün məhdudiyyətlərdən kənar və qəbul edilməzdir.

Ardınca isə Ceymi öz Twitter  hesabında bu cür yazıb: “Mən həmin an özümdə deyildim və bu gün gecə şəxsən həmin ailədən üzr istədim. Kameraya düşənə və özümə nəzarəti itirənə qədər yolun 3/4 hissəsini getmişdim. Etdiyim hərəkətə heç bir bəhanə yoxdur. Üzrümü qəbul edin”.

Sky Sports telekanalının mətbuat katibi isə bildirib: “Bu yolverilməz hərəkətdir və bu mövzu ilə bağlı Karragerə suallarımız var”.


Mənbə: Mirror

0 comments