Joze: “Poqbanın ikinci günə hazır olacağını bilmirəm”

skysports-paul-pogba-man-united_4253377
Paylaş:

Joze Mourinyo əmin deyil ki, sabah Çempionlar Liqasında başqa tutacaq “Sevilya” ilə qarşılaşmada Pol Poqba oynamağa hazır olsun.

“Mançester Yunayted”in yarımmüdafiəçisi məşqdə aldığı zədə səbəbindən “Liverpul” ilə qarşılaşmanı buraxmalı olmuşdu və ola bilsin ki, bərpa olunmaq üçün onun uzun bir zamana ehtiyacı olsun.

“İkinci gün Poqba oynaya biləcəkmi? Mən bilmirəm. Bu haqda onunla danışmalıyam. Zədəni necə alıb? Cümə günü məşqin son dəqiqələrində digər oyunçu ilə toqquşub. Məşqi bir az tez bitirsəydik, onda heç nə də olmayacaqdı”.

“Sevilya” və “Brayton” ilə qarşılaşmalar “Liverpul” ilə oyundan daha vacibdir. “Liverpul” elə “Liverpul”dur, əlbəttə, bu böyük oyun idi, amma bu oyun ən yaxşı dördülüyə düşmək üçün idi və orada da hələ heç nə həll olunmayıb. Bizim 8 oyununuz qalıb və mümkün 24 xal yığmalıyıq. “Sevilya” və “Brayton” ilə oyunlarda isə məğlub olsaq turnirdən kənar qala bilərik, ona görə də bu matçlar daha vacibdir”.


Mənbə: Sky Sports

0 comments